Hörmətli Qrafika.Az üzvləri. Bu dəfə çox önəmli mövzuya toxunmaq barəsində qərar verdim
Mövzu TƏNQİD-dir.
Qrafika.Az -da tənqid çox zəifdir hal-hazırda(09.07.2009)... Səbəbkarı Mən və Fərhadıq. Çünki əvvəldən bu işə ciddi yanaşmadıq.
Qrafika.Az-da TƏNQİD BU CÜR OLMALIDIR!(başqa cür tənqid qəbul edilmir!!!)
Tənqidi o niyyətlə edilməlidir ki, tənqid edilən əl işindəki səhvləri/çatışmazlıqlar üzə çıxarılsın və bu səhvlərin çatışmazlıqların aradan qaldırılması üçün müəllifə yol göstərilsin.
Tənqid zamanı müəllifi açladacaq, utandıracaq sözlərdən və ifadələrdən istifadə etmək qəti qadağandır. Məqsəd həmvətənlərimizə, millətimizin övladlarına və bu işə yenicə başlamışlara yol göstərməkdir.
Tənqid əsaslandırılmalıdır. Söz demək xatirinə deyilməmlidir söz... MƏQSƏD ANCAQ VƏ ANCAQ KÖMƏK MƏQSƏDLİ OLMALIDIR.
Örnək VƏZİYYƏT: Qırmızı fon üzərində yaşıl rənglə yazılmış yazı yerləşdirib istifadəçi....
DÜZGÜN TƏNQİD: Əziz və ya hörmətli istifadəçi və ya sadəcə istifadəçi, rəng seçimində diqqətli ol. Qrımızı ilə yaşıl rəng bir arada yaxşı görünmür.
YALNIŞ TƏNQİD: Ayə sən nə gündəsən? Sən heç bilirsən dizayn nədir? Sən bir də heç vaxt dizaynla məşğul olma. Biabır olasan səni. Sən dizayn aləminə ləkəsən... Bir də bu sayta girmə...
Yuxarıda hər şey məncə çox gözəl şəkildə anlaşılır. Uzun uzadı yazmağa ehtiyac görmürəm.
Yuxarıdakı yazı TƏNQİD edəcək şəxslərə aid idi. İndi isə TƏNQİD EDİLƏCƏK şəxslərə aid bir neçə cümlə.
Tənqidə bir az dözümlü olun. Kimsə sizin əl işinizi tənqid edirsə, deməli sizə vaxt ayırır. Sizin inkişaf etmənizi istəyir. Tənqidi sakit bir şəkildə oxuyun əgər həqiqət payı varsa tənqiddə o zaman tənqiddə deyilmiş səhvləri/çatışmazlıqları düzəltməyə çalışın. Özünüzü inkişaf etdirin.
Bu gün 09.07.2009-cu il saat 21:48 dən etibarən yuxarıda TƏNQİDLƏ bağlı yazılanlar qüvvəyə minir.
Məqsədimiz millətimizin övladları üçün yararlı olmaqdır. Burada zamanımızı sizin üçün xərcləyirik. Nə qədər istəyirsinizsə istifadə edin, amma müəllif hüquqlarımızı ayaqlayıb hörmətsizlik etməyin!
Bu forumun SİYASİ və DİNİ baxışları yoxdur.
Hər bir kəs öz yazdığı ismarıca görə cavabdehlik daşıyır.