|
|
Ən son aktiv forum mövzuları |
|
|
Reportaj - Bakıda Ümumdünya Pinhol Fotoqrafiya Günü keçirildi |
|
25 aprel 2010-cu il tarixində Bakının botanika bağında Pinhol günü keçirildi.
| |
|
|
Polaroid 300 - Ani fotoqrafiya qayıdır |
|

Polaroid ani fotoqrafiya kamerasını yenidən istehsal etməyə başlayıb.
| |
|
|
25 Aprel Ümumdünya Pinhol Fotoqrafiya Günüdür |
|
Hörmətli fotosevərlər,
25 Aprel Ümumdünya Pinhol Fotoqrafiya Günüdür. ÜPFG haqqında press relizi diqqətinizə çatdırıram. Hər birinizi aktiv iştirak etməyə çağırıram.
Asta Fotoqrafiya
Onuncu Ümumdünya Pinhol Fotoqrafiya Günü
HARADA VƏ NƏVAXT Ümumdünya Pinhol Fotoqrafiya Günü (ÜPFG) onuncu gününü qeyd edir. 25 aprel 2010-cu ildə baş tutacaq, fantaziyanızı, yaradıcılıq imkanlarınızı, linzasıs fotoqrafiya təcrübənizi artırmağa imkan yaradacaq beynəlxalq tədbirdə bütün dünyadan 3200-dən çox fotoqrafın iştirak edəcəyi gözlənilir.
NECƏ Dünyanın hər yerindən hərkəsi bazar günü 25 aprel tarixində 24 saat ərzində pinhole kamera ilə şəkil çəkməyə və http://www.pinholeday.org saytına yükləməyə dəvət edirik. Hər bir iştirakçının bir fotoşəkli premium pinhol fotoqrafiya qallereyasının bir hissəsi olacaq.
NƏDİR BU Pinhol fotoqrafiya linzasız amma kiçik dəlik vasitəsilə çəkilir. Pinhol dəliyin ölçüsü çümlənin sonundakı nöqtənin ölçüsü qədərdir. Fotoşəkilləri kiçik dəliylə təhciz olunmuş requlyar kameralarla, o cümlədən rəqəmsal kameralarla da çəkmək mümkündür. Daha gözəl nəticələr linzasız fotoqrafiya üçün düzəldilən kiçik dəlikli pinhole kameralar vasitəsiylə əldə edilə bilər. Müxtəlif əşyalardan-ayaqqabı qutularından, çay qutularından və buna bənzər qutulardan özünüz düzəltdiyiniz kameralar çox yaradıcı, məzəli və didaktikdir. İşıqkeçirməz düzəldilə bilən istənilən konteynerdən pinhol kamera qurmaq mümkündür. İnsanların artan sayı göstərir ki, pinhole fotoqrafiyanın çəlbedici təcrübəsinə maraq daim artmaqdadır. İlk dəfə 2001-ci ildə 24 ölkədən 291 pinhol fotoqraf internet sərgisində iştirak etmişdir. 2008-ci ildə iştirakçıların sayı 62 ölkədən 2628-ə çatmışdır. Ötən il isə onların sayı 69 ölkədən 3202 nəfər idi.
DÜNYADA Aprelin 25-i dünyanın hər yerindən çox sayda pinhole fotoqrafiya tədbirlərini görəcəyik, seminardan başlayaraq fotoşəkil çəkən dostlar qrupu, eleqant sərgilər, məktəbli şagirdlərə qədər. Gənclərə və məktəblilərə xüsusi diqqət yetirin.
BİZ KİMİK ÜPFG könüllülərin çoxluğu ilə şövqlü işi ilə bütün dünyaya səpələndi. Onların səyləri beynəlxalq koordinasiya qrupuna yönəlib: Tom Miller – ABŞ (Qrup rəhbəri və tədbirlər), Paolo Aldi – İtaliya (Təbliğat), Nik Dvoraçek - ABŞ (Dəstək), Wolfqanq Thoma – Belgiya (Tərcümə), Jeyson Şlaux – ABŞ (Vebusta), Çak Fleqq – ABŞ (Təhsil)
Ətraflı məlumat və tam proqram haqqında informasiyaya aşağıdakı ünvandan baxa bilərsinizhttp://www.pinholeday.org.
NƏ ÜÇÜN Nə üçün pinhole ilə “Asta Fotoqrafiya” ? Ona görə ki, bu cür fotoqrafiya:
Müstəqil Kamera ilə əldə etdiyimiz təsvirin tam sahibi olmaq hissi.
Sehirli Əldə etdiyimiz “kamera obskura”-dan, texniki bacarığımızdan asılı olmayaraq nəticə sehirli olacaq.
Dünya İynə ucu boyda dəlikdən dünya sonsuzdur, sakitdir, heyranedicidir.
Zaman Linzasız kamera ilə əldə edilən təsvirdə dayanmış və bölünmüş atmosferin hakimlik etməsi zaman ilə çox sıx əlaqənin nəticəsidir. Şəkli unudun: təsvir ekspozisiya olunana kimi saniələr, dəqiqələr keçəcək. Pinhol səbir fotoqrafiyasıdır. Ənənəvi fotoqrafiyada, eləcədə rəqəmsal fotoqrafiyada durmadan çəkmək olar və müəyyən yerləri biz sonradan görmüş oluruq. Pinhol fotoqraf isə çəkəcəyi obyekt üzərində daha diqqətli seçim edir. O dayanmadan çəkə bilməz.
Düşüncənin Ekoloqiyası Pinhol fotoqraf işini yerinə yetirməsi üçün kiçik qutunu gözləyir, həmin vaxtda onlar ətrafa baxaraq düşünürlər. “Pis çıxan” fotoşəkillərə görə narahat olmağa dəyməz: gözlənilməz işıq müdaxilələri, difraksiya, alınmayan fotoşəkillər olduqda belə pinhole fotoqraflar onu qəbul edir və bunu bədii yaradıcılıqda əldə etdiyi şansları kimi dəyərləndirirlər. Təsvirin ekologiyası düşüncənin ekologiyasına çevrilir. | |
|
Səhifə 1 dən 39: 1234... 39
|
M. Ə. Rəsulzadə Haqqında
Xankəndi- 26.12.1991
Xocavənd- 02.10.1992
Xocalı- 25-26.02.1992
ŞuŞa- 08.05.1992
Laçın- 17.05.1992
Kəlbəcər- 03-06.04.1993
Ağdərə- 17.06.1993
Ağdam- 23.07.1993
Cəbrayıl- 18.08.1993
Füzuli- 23.08.1993
Qubadlı- 30-31.08.1993
Zəngilan- 29-30.10.1993
|
|