Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/21/2008 18:55
#1
Təkliflərinizi bu mövzuda qeyd edə bilərsiniz.
Hörmətlə, İdarə Heyəti
Redaktə edən: WolfmaN_AZE. Göndərilmə tarixi 06/06/2008 19:50
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/11/2008 21:00
#2
Forum əhli nə isə yaman sakitdir... :) Təklif edirəm baş idarəçi olaraq ki, bu süstülüyü aradan qaldırmaq üçün bir tədbir görək. Fikirləri olan istifadəçilər burada öz fikirlərini yazsınlar. ;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 03/27/2008 06:15
#3
FotograF yazıb: salamlar,maraqli sayti yeri var
video derslik hazirlansa mence daha effektiv olar
KoLGe yazıb: FotograF - Salam. Qiymətləndirmən üçün təşəkkürlər. :) Haqlısan Video dərsliklər daha effektiv olur amma video formatdakı faylların həcmi böyük olduğundan onların upload və dovnload məsələləri bir az çətin olur.
Bunun haqqında gərək düşünək... ;)
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/15/2008 13:18
#4
Mən Təklif Edirəmki Forumumuzda Mobil Telefonlar üçün Temalar , Oyunlar , şəkillər , 3Gp Formatında Videolar Paylaşmaq üçün Bir Bölüm Açılsın. Məsəlçün Mobil Adlı Bir Bölüm Açılsın Və O Bölümün Altlarında Oyunlar , Temalar , 3Gp Videoları Ayrı-Ayrı Olsun. Biraz Qarışıq Yazdım Bilmirəm Söylədiklərimdən Nəsə Başa Düşəcəksiniz?:) ;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 04/15/2008 16:33
#5
Vasif, gözəl təklifdir.
Sənin də bildiyin kimi bizim forum sırf Photoshop`a aiddir.
Onun üçün hələ ki, belə bir şey düşünmürük.
Amma gələcəkdə ola bilsin ki, belə bir bölmə olsun.
Təklifin üçün təşəkkürlər! :)
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/15/2008 16:39
#6
Düz Deyirsən Brat. Mən Sadəcə Olaraq Mobil Telefonlar üçün Temalar Da Düzəldə Bilirəm əgər Elə Bir Bölüm Açsanız Temalar Da Düzəldib Paylaşaram Deyə Düşünmüşdüm. Mənim Düzəltdiyim Temalar Elə Belə Olmur Sözün əsl Mənasında Super Bir Tema Olur. Beləcə Saytımızın Adını Da Məşhurlaşdırarıq Deyə Düşünmüşdüm. Təklifimi Bəyəndiyinizə Sevindim ?nşallah Bu Bölüm Tezliklə Açılar. ;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 04/15/2008 16:45
#7
Qardaş, əgər sən boynuna götürürsənsə həmin bölməni üstündə düşünərik. ;)
Səni də ora nəzarətçi edərik, necədir? ;)
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/15/2008 16:56
#8
Hə Qaqaş Mən Bu Bölməni üzərimə Götürürəm. Elə Bir Bölüm Açıb Məni Orada Nəzarətçi Etsəniz əla Olar. üzünüzü Qara çıxarmayacağımdan , əLa Temalar Paylaşacağımdan Tam əmin Ola Bilərsiniz ... :) ;) Bir Də Qardaş Mən Sizin Adınız Bilmirəm Adınız Nədir? :D
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 04/15/2008 17:04
#9
Oldu qardaşım, mən bunun haqqında KöLGə ilə də danışım, qərarlaşdırım.
Nəticəni mütləq sənə bildirəcəm.
Adım FəRHaD. :)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 04/15/2008 19:30
#10
VasiF QuliyeV - maraqlı ideyadır. Oxudum bəyəndim. Bölmə açacağıq indi. Bölmədə sırf dizaynla bağlı məlumat və fayllar yer almalıdır. Məsələn yuxarıda sənin qeyd etdiyin kimi, özünün düzlətdiyin temalar. Yəni yükləyib istifadə edəndə sırf Photoshop-az.com -a reklam olmalıdır. Arxa fonlar, şəkillər və s. Sözümün mustafası odur ki, bu saytın konkret yolu var. Dizayn... Dizayn adına hər nə varsa məşğul olmaq olar burda :)
Diqqətin üçün təşəkkürlər. O zaman bu sayt daxilində "mobil layihəsini" sənə həvalə edirik. Uğurlar. ;)
Müəllif: Tural M. Göndərilmə tarixi 06/13/2008 14:10
#11
Salam. Əvvəla deyim ki, mən bu forumda təzə olsam da forumun istər dərslərində, istərsə də presetlərindən əməlli başlı yararlanmışam. Admin və moderatorlara öz dərin təşəkkürümü bildirirəm. Həm bi forum kimi, həm də website kimi şox xoşuma gəldi, və əgər bacara bildiyim bir köməklik olarsa canla başla hazıram. İradım odur ki bir photoshopla və dizaynla(designla) bağlı sayt kimi qrafika zəifdi məncə (mız qoymağa çalışmıram, sadəcə istərdim daha yaxşı olsun).
Ümumilikdə hər şey əladır, sizə(ya da bizə) uğurlar!
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/13/2008 16:27
#12
Manqakomandiri, forumu və əziyyətləri dəyərləndirdiyiniz üçün sizə təşəkkür edirəm!:)Bir şeyə fikir verdim, hər kəs daha rəngarəng bir şey istəyir.Bu çox əyləncəyə öyrəşməyimizə görədir.Bu forum sadəcə olaraq dərslik, köməklik, müvafiq paylaşımların edildiyi bir yerdir.Yəni ki, burada insanlar daha çox oxuyur, buna görə də gözün yorulmaması önəmlidir.Rəngarəngliyə qalsa elə bir rəngarənglik edərik ki, hər kəs bu rəngarəngliyə tamaşa edər, oxumaq yaddan çıxar. ;)Dəyərli təklifiniz üçün təşəkkür edirik.Nəzərinizə çatdırım ki, üzərində fikirləşəcəyik.
Hörmətlə,
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 06/14/2008 06:19
#13
Məndə M.Ə.Rəsulzadənin çıxışı var.Və sayta yerləşdirirəm.Yəqin ki, işinizə yarayar.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 06/17/2008 09:29
#14
Mənə maraqlıdır ki,İradlarınız və şikayətləriniz bölməsi arasında nə fərq var?
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 06/17/2008 12:22
#15
Salam aslan_akbey... İrad və şəkayətlər arasındakı fərq məhz o iki sözün arasındakı fərqə bərabərdir... İrad və şikayət tamam başqa başqa şeylərdir. Ayırmağımızın səbəbi...
Məsələn:
1. Forumun dizaynında qüsurlar var... Bunu istifadəçi bizə necə çatdırsın? Ayrıca şikayət bölməsində? "Mən qəti şəkildə şikayət edirəm ki, bu forumun rəngi düzgün seçilməyib..." Belə? Təbii ki, yox... Bunu irad şəklində bizə çatdırırı istifadəçi...
2. Şikayətlər isə adından da bəlli olduğu kimi istifadəçiyə pis təsir etmiş hər hansı bir səbəbdən irəli gələn bir şeydir... Məsələn forumda istifadəçini təhqir ediblər... Xətrinə dəyiblər... Bu zaman istifadəçi şikayət edir...
Ümid edirəm aydınlaşdıra bildim...
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 06/17/2008 12:28
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 06/18/2008 08:12
#16
Sağ ol.Sadəcə olaraq,mənim üçün şikayət iradın ağır formasıdır.Və ya irad sikayətin yüngül forması...Hər nəisə.Öyrənmək Heç vaxtgec deyil!
Redaktə edən: MusaEfendi. Göndərilmə tarixi 06/18/2008 08:32
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 06/19/2008 21:00
#17
Salam Hörmətli İdarə heyəti və fotoqraflar. Fikirləşirəm ki, Fotoqraflar üçün xüsusi bölmə-də bir az dəyişiklik etmək lazımdır. Texnika ilə təlimləri bir birindən ayırmaq lazımdır. İstifadəçilərin mövzuları daha rahat tapmaq uçün 5 alt bölüm düzəltmək təklifini verirəm.
1 Fotoqrafiya - Tez-tez verilən suallar(burada suallar, istəklər, problem və s)
2 Fototexnika (burada foto texnika, özün düzəlt və s.)
3 Fotodərslər (burada dərslər, lüğət, termin və s)
4 Fotoqrafların çəkdiyi şəkillər
5 Fotoemal(Fotoqrafiyada daha çox istifadə olunan proqramlar,dərslər,və s(Ps-dən əlavə))
1-ci altbölümə əsasən suallar cavablanacaq. Daha maraqlı, lazımlı və geniş mövzular 2 və 3 də ayrıca mövzuda cavablanacaq.
Hələlik,
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/20/2008 05:30
#18
Qardaş, gözəl fikirdir.Təklifin üçün təşəkkür edirəm.Biz bunu fikirləşək görək necə etmək olar.İnşallah, yaxın zamanda hər şey daha gözəl olacaq. :)
Hörmətlə,
Müəllif: nsa. Göndərilmə tarixi 06/28/2008 17:59
#19
Gozel ve dizayn haqqinda bilgilerle dolu saytdir .........ama bir az reklami zeifdir ........axi bu cur maraqli saytin reklami niye bele zeifdir.........
Sizden xahim gel birinci addimi atim...........eger reklam banneriniz varsa onu HTML kodunu gonderin mene.............
Hormetle Vuqar
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 06/28/2008 19:20
#20
nsa diqqətinə görə təşəkkürlər. Reklam həmişə azdır... Nə qədər çox olsa bir o qədər yaxşıdır :) Dizayna marağı olan bütün tanışlarını dəvət etsən bunun özü ən böyük reklam olar.
Araz bu problem deyil.............Teki sen iste.........Calisdigim qeder ederem .
Bundan sonra bu saytda propiska olacam deyesen ........cox xosum geldi
Daha dogrusu cox sey oyrendim ve oyreneceyim hele cox sey var ........... Minnetdaram :)
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 06/30/2008 15:36
#22
mənim inşallah bir təklifim var... e-book başlığı adı altında bir bölmə açıla bilərmi? inanıram ki, faydalı olar...yneə də qərar sizindi...
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 06/30/2008 18:26
#23
Azerbaycan_li təklifiniz üçün təşəkkürlər. Paylaşmaq istədiyiniz kitablar hansı sahəyə aiddir?
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/30/2008 18:36
#24
Belə bir bölmə mövcuddur.
Paylaşmaq istədiklərinizi orada paylaşa bilərsiniz.
Aşağıdakı linkə sıxaraq baxa bilərsiniz: E-Kitablar və lazımlı məlumatlar
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 06/30/2008 18:52
#25
KoLGe yazıb: Azerbaycan_li təklifiniz üçün təşəkkürlər. Paylaşmaq istədiyiniz kitablar hansı sahəyə aiddir?
mən yalnız mənim paylaşacağım kitabları nəzərdə tutmadım...ümumi olaraq hərkəs paylaşsın deyə söylədim...mənim paylaşmaq istədiyim kitablar da dini, elimi pc" yə aid və s....
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 06/30/2008 18:56
#26
WolfmaN_AZE yazıb: Belə bir bölmə mövcuddur.
Paylaşmaq istədiklərinizi orada paylaşa bilərsiniz.
Aşağıdakı linkə sıxaraq baxa bilərsiniz: E-Kitablar və lazımlı məlumatlar
qardaş mən bu başlığı görmüşdüm və bu başlığın sadəcə potoshop haqqındakı kitablar üçün olduğunu düşünmüşdüm.... yəni burada istədiyimiz Pdf, word formatlı kitabları paylaşa bilərikmi?
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 06/30/2008 18:59
#27
Azerbaycan_li əsas ağırlıq dizayn və dizayna yaxın mövzuları əhatə edən dərslik və bilgi paylaşımı etmək olar. Bunun üçün Fərhadın verdiyi linkdə mövzu var. Kitablarınızı orada paylaşa bilərsiniz.
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 06/30/2008 19:10
#28
KoLGe yazıb: Azerbaycan_li əsas ağırlıq dizayn və dizayna yaxın mövzuları əhatə edən dərslik və bilgi paylaşımı etmək olar. Bunun üçün Fərhadın verdiyi linkdə mövzu var. Kitablarınızı orada paylaşa bilərsiniz.
anladım qardaş zatən mənim təklifim də bunun xaricinə çıxmaq idi *dull*...nəysə önəmli deyil türklıər demnşkən təklif var, israr yox...*no*
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/30/2008 19:14
#29
Araz onu demək istəmədi. ;)
Araz demək istəyirdi ki, üstünlük elə kitablara verilsə əla olar.Ancaq əgər sənin paylaşdığın kitablar yararlıdırsa niyə də olmasın? ;)
Mən xüsusilə psixologiyaya aid kitabları gözləyirəm. :)
Bizi çox gözlətmə.
Uğurlar!
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 06/30/2008 19:25
#30
WolfmaN_AZE yazıb: Araz onu demək istəmədi. ;)
Araz demək istəyirdi ki, üstünlük elə kitablara verilsə əla olar.Ancaq əgər sənin paylaşdığın kitablar yararlıdırsa niyə də olmasın? ;)
Mən xüsusilə psixologiyaya aid kitabları gözləyirəm. :)
Bizi çox gözlətmə.
Uğurlar!
anladım qardaş çalışaram inşallah....amma kitablar türkcə olacaq ..
Müəllif: wonderkid. Göndərilmə tarixi 06/30/2008 19:32
#31
*wait*Maraqlı olardı.
Gözləyirik yaxın zamanda!
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/30/2008 19:38
#32
Problem deyil, yerləşdirməyə başla. :)
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 07/03/2008 13:43
#33
Təklif edirəm Fotoqraflara aid hissə də "Foto Xəbərlər" bölməsi açılsın və orada yeni xəbərləri yerləşdirək.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 07/03/2008 15:08
#34
EXİF təklifin üçün təşəkkürlər. Forumumuza xəbər sistemi əlavə etməyi düşünürəm. Yəni ayrıca xəbərlər bölməsi olacaq. Orada bizim forumda yer alan bütün mövzularda xəbər yaza bilərsiniz. Hazır oalnda xəbər edəcəm sizə.
Hörmətlə.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 07/03/2008 18:43
#35
KoLGe yazıb: EXİF təklifin üçün təşəkkürlər. Forumumuza xəbər sistemi əlavə etməyi düşünürəm. Yəni ayrıca xəbərlər bölməsi olacaq. Orada bizim forumda yer alan bütün mövzularda xəbər yaza bilərsiniz. Hazır oalnda xəbər edəcəm sizə.
Hörmətlə.
Diqqətin üçün Sənə çox təşəkkür edirəm. Səbirsizliklə gözləyəcəyik.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 07/28/2008 09:18
#36
Bu da mənim əl işimdir. Lakin heç bir qrafik redaktordan istifadə olunmayıb. Əl ilə çəkdiyim rəsmdır. Skan edib təqdim edirəm. İlk baxışdan çətin görünə bilər. Amma bu dərslər azyaşlı rəssam balalar üçün nəzərdə tutulur. 4,5 və daha cöx gedişə rəsm çəkilir. Bu tip dərslər azyaşlı rəssamlıq istedadı olan balalarımıza köməyi dəyə bilər. Uyğun bolmə açılsa şad olaram və yyğun dərslər yerləşdirərəm.
Müəllif: wonderkid. Göndərilmə tarixi 07/28/2008 09:22
#37
Əlindən də hər iş gəlir.
Maşallah. *clap**flower*
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 07/28/2008 11:12
#38
EXIF əllərinə sağlıq. Çox gözəl fikirdir. Ən azından forumu bir az da maraqlı edər bu yenilik. Amma çətinlik çəkdiyim şey hansı mövzu altında yerləşdirilməsi və ya yeni mövzumu açılsın bunun üçün? Əgər bir fikrini zvarsa bidlirin dəyərləndirək.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 07/28/2008 11:58
#39
KoLGe yazıb: EXIF əllərinə sağlıq. Çox gözəl fikirdir. Ən azından forumu bir az da maraqlı edər bu yenilik. Amma çətinlik çəkdiyim şey hansı mövzu altında yerləşdirilməsi və ya yeni mövzumu açılsın bunun üçün? Əgər bir fikrini zvarsa bidlirin dəyərləndirək.
Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.
Düşünürəm ki, baş mövzu "İcəsənət" olsun. Altmövzular Rəssamlıq və ya təsviri incəsənt olsun, gələcəkdə Fotoart(Şəkillərdən istifadə etməklə art(bədii işlər)) da əlavə etmək olar. Məsələn, bəzən Corel Painter də şəkilləri rəsmə çevirirəm. Bunlarıda orada yerləşdirmək olar.
Müəllif: Zeyneb. Göndərilmə tarixi 07/28/2008 18:54
#40
EXIF yazıb:
Bu da mənim əl işimdir. Lakin heç bir qrafik redaktordan istifadə olunmayıb. Əl ilə çəkdiyim rəsmdır. Skan edib təqdim edirəm. İlk baxışdan çətin görünə bilər. Amma bu dərslər azyaşlı rəssam balalar üçün nəzərdə tutulur. 4,5 və daha cöx gedişə rəsm çəkilir. Bu tip dərslər azyaşlı rəssamlıq istedadı olan balalarımıza köməyi dəyə bilər. Uyğun bolmə açılsa şad olaram və yyğun dərslər yerləşdirərəm.
bəyəndim amma anlamadım e necə dərslik olacaq ki bu?mən də bacarıram çəkməyi sadəcə dərslik məsələsini anlamadım:(
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 07/28/2008 19:47
#41
Baxın,
Bu şəkili mənə də desəydilər çək, çətinliklə üzləşərdim. Gənc yaşlarımda rəsmlə məşğul olsam da artıq uzun müddətdir ki uzaq durmuşam. Belə bir dərsliklə asanlıqla çəkdim onu. Yəni bir dairə, əyri xətt və s.. Artıq xətlər silinir, əlavə xətlər olunur və əl işi hazırdır.
Müəllif: Zeyneb. Göndərilmə tarixi 07/29/2008 11:47
#42
EXIF yazıb:
Baxın,
Bu şəkili mənə də desəydilər çək, çətinliklə üzləşərdim. Gənc yaşlarımda rəsmlə məşğul olsam da artıq uzun müddətdir ki uzaq durmuşam. Belə bir dərsliklə asanlıqla çəkdim onu. Yəni bir dairə, əyri xətt və s.. Artıq xətlər silinir, əlavə xətlər olunur və əl işi hazırdır.
vaxtikən mənə də belə öyrədiblər:) doğrudan da çox köməyi var təzə başlayanlar üçün*clap*
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 07/29/2008 12:07
#43
Rəsm çəkmə qabiliyyətiniz mənim üçün çox sevindirici oldu. Ümid edirəm Sizin də köməyiniz dəyəcək.
Müəllif: Zeyneb. Göndərilmə tarixi 07/29/2008 17:03
#44
EXIF yazıb:
Rəsm çəkmə qabiliyyətiniz mənim üçün çox sevindirici oldu. Ümid edirəm Sizin də köməyiniz dəyəcək.
Inallah! mən köməyə həmişə hazır!:)
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 07/29/2008 17:29
#45
Zeyneb yazıb:
EXIF yazıb:
Rəsm çəkmə qabiliyyətiniz mənim üçün çox sevindirici oldu. Ümid edirəm Sizin də köməyiniz dəyəcək.
Inallah! mən köməyə həmişə hazır!:)
Təşəkkürlər
Müəllif: NicaT. Göndərilmə tarixi 07/31/2008 13:34
#46
Belke foruma girende sayt ful width olsun :S ?
Müəllif: Tural M. Göndərilmə tarixi 08/14/2008 13:04
#47
WolfmaN_AZE tərəfindən yazılıb
Manqakomandiri, forumu və əziyyətləri dəyərləndirdiyiniz üçün sizə təşəkkür edirəm!:)Bir şeyə fikir verdim, hər kəs daha rəngarəng bir şey istəyir.Bu çox əyləncəyə öyrəşməyimizə görədir.Bu forum sadəcə olaraq dərslik, köməklik, müvafiq paylaşımların edildiyi bir yerdir.Yəni ki, burada insanlar daha çox oxuyur, buna görə də gözün yorulmaması önəmlidir.Rəngarəngliyə qalsa elə bir rəngarənglik edərik ki, hər kəs bu rəngarəngliyə tamaşa edər, oxumaq yaddan çıxar. ;)Dəyərli təklifiniz üçün təşəkkür edirik.Nəzərinizə çatdırım ki, üzərində fikirləşəcəyik.
Hörmətlə,
Açığı bilmədim saytın yenilənməsini hansı bölmədə təbrik edim, axırı bura yazıram. Təzə dizayn çox xoşuma gəldi, xeyirli uğurlu olsun. Mən vaxtında deyəndə dizayn zəifdi heç də rəngarənglik filan istəmirdim, bax belə bir forma - çox sadə və gözəl (gələcəkdə daha da gözəl olacağına əminəm). Zəhmət çəkənlərin hamısına dərin təşəkkürlər, əliniz-qolunuz var olsun!
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 08/14/2008 19:08
#48
manqakomandiri əməyimizi qiymətləndirdiyin üçün təşəkkür edirəm :) ;)
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 08/29/2008 18:04
#49
Sizdən bir xahişim var.
İmzada şəkil yerləşdirirəm.Yanında scroll yaranır.
Olar ki onu imzada da olsa yığışdırın?
Diqqətinizə görə təşəkkürlər.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 09/05/2008 20:01
#50
Forum üzvlərinə Müraciət
Salam Dəyərli forum üzvləri. Çox fikirləşdim ki, hara yazım. Burada yazmağa qərar verdim. Yazıb Sizlərdən xahiş etmək istərdim ki mümkün qədər ismarıcları Azərbaycan dilində yazmağa çalışasınız. İngilis hərf birləşmələrindən, qısaldılmış sözlərdən istifadə etməyin Dostlar. Azərbaycan dilinin qramatik yazılışı milli internet resurslarının inkişafına səbəb olacaq. Bu inkişaf yolunda Sizlərin də əməyiniz olacaq.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 09/06/2008 17:55
#51
EXIF`in sözlərinə qatılıram və tamamilə razıyam.Əgər hər kəs əməl etməyə çalışsa, fikrimcə, gözəl nəticə əldə edərik.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 09/06/2008 18:32
#52
EXIF gözəl vurğulamısan...
Dilimizə hörmət etməsək, onu qorumasaq, doğru istifadə eləməsək torpaqlarımızı əlimizdən aldıqları kimi dilimizi də alacaqlar əlimizdən...
Müəllif: wonderkid. Göndərilmə tarixi 09/06/2008 18:39
#53
KoLGe tərəfindən yazılıb EXIF gözəl vurğulamısan...
Dilimizə hörmət etməsək, onu qorumasaq, doğru istifadə eləməsək torpaqlarımızı əlimizdən aldıqları kimi dilimizi də alacaqlar əlimizdən...
*yes*Mən də razılaşıram sizinlə. EXİF gözəl fikir irəli sürmüsən.
Redaktə edən: wonderkid. Göndərilmə tarixi 09/06/2008 18:41
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 09/06/2008 19:27
#54
Dəstəyiniz üçün təşəkkür edirəm.
Müəllif: INTELEKTUAL. Göndərilmə tarixi 09/08/2008 07:25
#55
Mənə maraqlıdır ki,İradlarınız və şikayətləriniz bölməsi arasında nə fərq var?[/quote.SALAM AY BRAT. SEN IRADLA TEKLIFI BIR SAYIRSAN?
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 09/13/2008 19:31
#56
INTELEKTUAL tərəfindən yazılıb
Mənə maraqlıdır ki,İradlarınız və şikayətləriniz bölməsi arasında nə fərq var?[/quote.SALAM AY BRAT. SEN IRADLA TEKLIFI BIR SAYIRSAN?
Yanlış anladım.
Deyəsən bu sitat mənədi.mən təklif və iradı demirdim şikayəti deyirdim və cavabımı da aldım
Müəllif: Ejder Dagdeviren. Göndərilmə tarixi 10/23/2008 08:50
#57
Kolge mesaj kutusu kapasitesini 20 den 25 e alabilirmisin?
Hemencecik doluyor ve bazen unutuyoruz dolduğunu.Gönderdiğimiz ya da aldığımız PM lerden bihaber kalıyoruz sonra...
Redaktə edən: Ejder Dagdeviren. Göndərilmə tarixi 10/23/2008 08:51
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 10/23/2008 14:03
#58
Videoredaktə adlı bolmə açılmasını arzu edirəm. Bu sahəyə də maraq olacağının zənn edirəm.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/09/2008 08:31
#59
Bir təklifim olacaq.
Mövzu adlarının Hamısı Azərbaycan türkçəsində olsun.məsələn, designed by Filankəs, for Filankəslər...Vəya tərcüməsi mörtərizədə yazılsın.
Proqram adları istisnadır.;)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/09/2008 08:58
#60
Ejder, Mesaj kutusunu 20-dən 25-ə artırmağım, inanmıram ki, məsələni həll etsin :) Sadəcə Bazamızdakı ismarıcların sayı artacaq. Məsləhət görürəm ki, mütəmadi olaraq ismarıc qutularınızı təmizləyəsiz. 3 aydan bir zatən bütün ismarıc qutularını özüm təmizləyəcəm :D (xəbərdar edəcəyik sizləri və sonra bir müddət sonra bütün ismarıclar silinəcək.)
EXIF, yaxşı təklifdir. Bu haqda daha ətraflı yaz. Nə adda bölmə açılsın? Tərkibində hansı mövzular olsun? Sen de biz də açaq :)
MusaEfendi, bu da gözəl fikirdir. Əsas öz dilimizdə (mötərizədə) isə əcnəbi dildə. Bu daha məqsədə uyğundur.
Ümumiyyətlə forumda maksimal dərəcədə öz dilimizi istifadə etməyə çalışmalıyıq.
Təkliflərə görə təşəkkürlər. 100% dəyərləndirləcək hər iki təklif.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/09/2008 12:07
#61
Təşəkkürlər.
Bir şeyi də deyim.Apastrof(ayırma işareti) ilə bağlı. Filankəs`in əl işləri, Filankəs-in əl işləri, Filankəsin əl işləri...Bunlardan biri işlədilsin.;)
Məncə 3cüsü daha məqsədə uyğundur.Amma xarici (vvonderkid, VVolfman...) adlarda apastrof işlədilsin.Yadaki bir standart seçilsin ona uyğun.
Diqqətinizə görə təşəkkürlər.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/09/2008 12:18
#62
Standart = Filankəs-in əl işləri(designed by Filankəs)
Mövzu adında istifadəçi adına şəkilçi qoşulmasın məncə. İstifadəçinin adı olduğu kimi qalsın. İngiliscə mötərizədə yazmağımın səbəbi isə, axtarış matorlarında daha çox ingiliscə sözlər axtarılır. Əl işi əvəzinə designed axtarırlır... Buna görə də mötərizədə də yazılması bizə Google indexləməsi cəhətdən xeyirlidir.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/09/2008 12:22
#63
Nətəhər məsləhətdi
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 11/09/2008 13:21
Videomontaj- burada video montaj proqramları barədə məlumat olacaq.
Videotexnika - aydın məsələ
Səs redaktorları - video montajda lazım olacaq səs redaktəsi(montaj)
Kodlama- burada video kodlamadan bəhs ediləcək.
Video montaj dərsləri
Hələlik bu qədər. Sonradan ehtiyyac olduqca yeniliklər əlavə edərik.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/09/2008 13:31
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 11/09/2008 13:33
#66
çox gözəl təkiliflər və bunların əsasında meydana şıxacaq təkliflərdir..exifin təklifi çooox gözəldir....təşəkkürlər exif..forumu belə genişləndirmək çox gözəldir...
mənim iradım və ya təklifim budur ki, hamı bacardığı qədər Azərbaycan dilindən doğru istifadə etsin...Məsəslən: cümlələrin və sözlərin doğru yazılışı....Azərbaycan saytlarına Tükiyədən və s kimi ölkələrdən sırf gözəl Azərbaycan dilini doğru öyrənmək üçün girən insanlar var...(mən tanıdığım qədərini deyirəm) və cümləlrin, sözlərin səhv yazılması nəticəsində Azərbaycan dilini doğru öyrənə bilmirlər...Mənim təklifim hərkəs cümlələri, sözləri doğru şəkildə yazmağa çalışsın...təşəkkürlər.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 11/09/2008 13:49
#67
KoLGe Allah razı olsun. Azerbaycan_li Sənə də təşəkkürlər. Əla mövzuya toxunmusan. Bu barədə dəfələrlə yazmışıq. Dəstəyin üçün təşəkkürlər.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/09/2008 13:52
Deyirəm bəlkə Video açdıqsa Səs-ə aid də ayrı bölmə açaq? Yoxsa bu ikisini birləşdirək?
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 11/09/2008 14:07
#69
KoLGe tərəfindən yazılıb Video bölməsi hazırdır EXİF ;)
Deyirəm bəlkə Video açdıqsa Səs-ə aid də ayrı bölmə açaq? Yoxsa bu ikisini birləşdirək?
Səs videoya çox bağlıdır. Birlikdə olsa daha rahat olar. Elə isə bölmənin adını Video & Səs edək. Nə deyirsən ?
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/09/2008 14:08
#70
Birləşdirək. Audio&Video
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/09/2008 14:27
#71
Mən də razı. Birləşdirək ;)
Müəllif: soulmate. Göndərilmə tarixi 11/11/2008 12:49
#72
*clap*
Müəllif: Tural M. Göndərilmə tarixi 11/12/2008 06:49
#73
KoLGe tərəfindən yazılıb
Standart = Filankəs-in əl işləri(designed by Filankəs)
Əzizlərim, mən bu mövzuya çoxdan toxunmaq istəyirdim, Allah razı olsun ki, məsələ qaldırdınız. Mən əgər səhv bilmirəmsə, dilimizin qanunlarında belə forma yoxdur axı. Bu ancaq o vaxt belə olardı ki, Filankəs sözü dırnaq içərisində olsun: "Filankəs"-in. Bu təxəllüslər artıq insan adları qisminə aiddir, və belə bir qayda yoxdur ki, bu cür xüsusi ismə şəkilçilər "tire" işarəsi ilə birləşsin.
Beləliklə, mənim fikrim: Filankəsin əl işləri
Bir də ki, xahiş edirəm apostrof işarəsi olan mövzuların ("Filankəs'in əl işləri") adlarını dəyişəsiniz.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/12/2008 08:05
#74
manqakomandiri, salam. Fİkir bildirdiyin üçün mən təşəkkür edirəm.
Qardaş, elə bir qayda yoxdu. Amma forumda günü gündən artan istifadəçi sayı var. Eyni ləqəbə oxşar istifadaəçi adları artacaq bir müddət sonra. Standartın o cür təyin olunmasının səbəbini izahını belə verərdim. Yəni Nick-ə baxan kimi dəqiq bilinsin bu hansı istifadəçidir. Şəkilçilər bitişəndə aləm dəyəcək bir birinə.
Məsələn bir istifadəçimzi var flee bu istifadəçi adına bir başa şəkilçini necə birləşdirək? Və ya Smile bir başa necə birləşdirilsin şəkilçi? Ləqəbin əvvəlində və sonunda dırnaq açmaq da görüntü kirliliyi yaradacaq. O səbəbdən ən sadəsini seçdik.
Gəlin səs vermə keçirdib ən optimal variantı seçək.
Müəllif: Smile. Göndərilmə tarixi 11/12/2008 08:20
#75
KoLGe tərəfindən yazılıb manqakomandiri, salam. Fİkir bildirdiyin üçün mən təşəkkür edirəm.
Qardaş, elə bir qayda yoxdu. Amma forumda günü gündən artan istifadəçi sayı var. Eyni ləqəbə oxşar istifadaəçi adları artacaq bir müddət sonra. Standartın o cür təyin olunmasının səbəbini izahını belə verərdim. Yəni Nick-ə baxan kimi dəqiq bilinsin bu hansı istifadəçidir. Şəkilçilər bitişəndə aləm dəyəcək bir birinə.
Məsələn bir istifadəçimzi var flee bu istifadəçi adına bir başa şəkilçini necə birləşdirək? Və ya Smile bir başa necə birləşdirilsin şəkilçi? Ləqəbin əvvəlində və sonunda dırnaq açmaq da görüntü kirliliyi yaradacaq. O səbəbdən ən sadəsini seçdik.
Gəlin səs vermə keçirdib ən optimal variantı seçək.
Vallah Mən adımın oxunmasının tərəfdarıyam. :|
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/12/2008 10:01
#76
Bir də ki, xahiş edirəm apostrof işarəsi olan mövzuların ("Filankəs'in əl işləri") adlarını dəyişəsiniz.
Apostrof işarəsi Türkiyə türkçəsində var.Özəl adlar, illər, qısaltmalar(BDU,ABŞ) kimi sözlər şəkilçilərdən apostrofla(ayırma işareti) ayrılır.Bizim qramatikada yoxdu belə bir şey.:)
Müəllif: Tural M. Göndərilmə tarixi 11/12/2008 12:22
#77
Hörmətli KoLGe, sadəlik, asanlığın mən də tərəfdarıyam, hər şey istifadəçilərin rahatlığı üçün və s. Amma bu bizə qaydaları pozmağa icazə vermir axı..Onda belə edək, alınma sözlər ya dırnaqla, ya da dırnaqsız tire ilə yazılsın, öz sözlərimizdən ibarət olan və uydurulma sözlər isə bitişik. Yaxud belə də eləmək olar, mövzunun adı, tutaq ki, flee; description - flee çəkdiyi şəkillər, flee düzəltdiyi əl işləri
Smile mən də buna etiraz etmirəm..:)
Razıyam MusaEfendi, bu Türkiyə türkçəsinin dil qanunudur, və işlətdiyimiz ana dilimizə uyğun deyil.
Müəllif: Ejder Dagdeviren. Göndərilmə tarixi 11/12/2008 12:40
#78
Manqa sizin ana diliniz nedir o halde?
Müəllif: Tural M. Göndərilmə tarixi 11/12/2008 12:43
#79
Ejder qardaş sənin demək istədiyini başa düşdüm, amma fakt budur ki, qrammatikada (gramer) fərqlər var biz bunu inkar etmək istəsək də..
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 11/12/2008 13:54
#80
Azərbaycan dilindən " (apostrof) qaldırılmışdır Musanın dediyi kimi....
Müəllif: secreklam. Göndərilmə tarixi 11/12/2008 14:17
#81
Siteye girenlerin ve üye olanların ne kadarı profesyonel olmayı yani bu işlerden para kazanmayı düşünüyor bilemiyorum. Sitede profesyonelliğe yönelik yani çalışmaların uygulamaya dnüşeceği sırada ne gibi yollara bavurmak gerektği konusunda bir başlık açılsa derim. Mesela "çektiğimiz bir fotografı laboratuvarda bastıracak olsak hangi modda, hangi formatta ve hangi çözünürlükte kaydetmeliyiz", " Matbaada basılacaksa hangi yolları izlemeliyiz" gibi sorulara cevap olacak bir köşe. Ha, sitede böyle bir köşe varsa ben görmedi isem özür dilerim.
Redaktə edən: secreklam. Göndərilmə tarixi 11/12/2008 14:17
Müəllif: Tural M. Göndərilmə tarixi 11/12/2008 14:21
#82
Secreklam mən bilən yoxdur belə bölmə. Çox gözəl fikirdir, məncə, bu fikri dəstəkləyirəm.
Müəllif: Ejder Dagdeviren. Göndərilmə tarixi 11/12/2008 14:24
#83
Secreklam forumda böyle bir başlık genel olarak şimdilik yok fakat fikriniz bence uygulanabilir,bu bölüm açılırsa bura ile ilgilenebilecek arkadaşlar lazım,ben bu işin tek kişiyle olmayacağını düşünüyorum, siz ilgilenecekseniz örneğin sizinle bu başlığı takip edecek bir arkadaş daha olmalı bence,düşünceniz ayrıca yönetici arkadaşlarla görüşülecektir.
Teşekkürler...
Redaktə edən: Ejder Dagdeviren. Göndərilmə tarixi 11/12/2008 14:25
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/12/2008 15:16
#84
Apostrof qaldırılmışdır bizim qramatikadan.Belədəki hər il Türkiyədə bizim dilçilərimizin konfransları olur.Yəqin tezliklə bu məsələyə də baxarlar.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 11/12/2008 15:34
#85
Secreklam, sənin dediklərin tam olmasa ancaq müəyyən qədər mətbəə haqqında məlumat var(Corel bölməsində).Əjdər`in dediklərinə qatılıram, bu işlə məşqul olan insanlar olsa əla olar.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/12/2008 15:44
#86
Oyunlar bölməsindəki oyunlarda problem var.Flash not found yazılır.
Ümumiyyətlə o bölmə çox da aktiv deyil.Təklifim odur ki,ya "mobil dünya"(mobil telefonların çoxu .swfni dəstəkləyir) yada "oyun və zarafatlarımız"olaraq əvvəlki vəziyyətinə qayıtsın.
Birdəki oyunların download versiyası da verilsin uyğun bölmədə.Məlum məsələdi, sürət imkan vermirki oyunları yüksək keyfiyyətdə oynayasan.
Diqqətinizə görə minnətdaram.
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/18/2008 13:47
#87
Mənim Əlimdə Texnologiya, İnternet Aləmindən Ən Son, Ən Yeni Məlumatlar Olur. İstəyirəm Onu Saytın Ana Səhifəsində Kölgə Və Fərhad Kimi Yerləşdirib Hər Kəsi Məlumatlandırım. Bu Sayədə Saytımızın Məlumat Bazasında Xəbərlər Çoxalacaq. Hətta Mən Təklif Edirəmki Saytımızın Ana Səhifəsində Ən yeni Çıxan Full Albomlar, yeni Çıxacaq Oyunlar, Programlar, Müğənnilərdən Foto Sessiyalar Yerləşdirilsin. Ama Bunun Üçün Şəkillərin Üzərinə Vurmağa Logo Da Hazırlamaq Lazımdır. Mən Bu Sahədə Çox Təcrübəliyəm Və Bunu Saytımızda Da Etmək İstəyirəm. Bunu Etsək Saytımızın Userləri 1-ə 1000 Artacaq. Mən Bu Bardə Özümə Çox Güvənirəm. Nə Deyirsiniz Bu İdeya Necə ideyadır?
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/18/2008 14:28
#88
VasiF QuliyeV, əla ideyadır. Sırf dizayn əsas tutulmalıdır. Amma bununla yanaşı bilgisayara aid xəbərlər də yer alacaq. Hardvare, softvare, bilgisayar oyunları da xəbər olaraq çatdırlacaq istifadəçilərimizə. İdarəçilərlə məsləhətləşdim bəyəndilər təklifini. Amma müğənnilərin mahnıları və fotosessiaları fikrini dəstəkləyən olmadı. Çünki bununla məşğul olan çoxlu sayda saytlar mövcuddur.
Bu təklifin bizi sevindirdi. Mütləq təklifin qiymətləndirləcək tezliklə.(1-2 günə ;) )
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/18/2008 14:36
#89
Təklifimin Bəyənilməsinə Sevindim. ;) Xəbərlər Mən deyən Kimi Əsas Səhifədə Yer Alacaq Yoxsa Forumda Yayımlayacağıq?
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/18/2008 14:56
#90
Düzdür Müğənnilərin Albomlarını, Foto sessiyalarını Yayımlayan Yetəri Qədər Əyləncə Saytları Var Ama Görəsən yeni Çıxan Albomları Ən Təz Yayımlayan, Yeni çıxan Foto Sessiyaları Yayımlayan, Daima Xəbər Axtarışında Olub Xəbər Çoxluğundan başını itirib Görəsən Hansı Xəbəri yayımlayım? Deyə Düşünən Bir Sayt Var? Yaqinki Yox! Ama Mən Bu Barədə Heç Kəsə Yox Təkcə Özümə Güvənirəm. Siz Mən Deyənləri Eləsəniz İdeyamı Dəstəkləsəniz Mənə Bir Şans Versəniz Uduzmazsınız. Qərar Verməzdən Əvvəl Düşünün. Çox İddialıyam! ;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 11/18/2008 18:36
#91
Qardaş, Araz qeyd etdiyi kimi təklifin müzakirə olundu vəmüsbət qarşılandı.Ancaq bəzi şeyləri çıxmaq şərti ilə.Bunlar yuxarıda qeyd edilib.Bizim öz məqsədimiz və istiqamətimiz var.Hər halda bu foruma gələn hər bir kəs, burada nə görəcəyini təxmin edir.Bizim fikrimizə görə bura gələn üzvlərə hər hansısa müğənninin mahnıları, şəkilləri və.s`i maraqlı deyil.Ən azından bu forumda maraqlı deyil, əgər lazım olsa bunları tapmaq üçün kifayət qədər portal var.Əgər, hələ də texnologiyadan xəbərlər paylaşmaq istəyirsənsə, buyurun edə bilərsən.Bir şeyə də aydınlıq gətirim ki, bu xəbərlər saytda olacaq yəni sayta daxil olan kimi görsənəcək.
Hörmətlə,
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/18/2008 20:10
#92
Onsuz Da Mən Də Elə Sayta Daxil Olan Kimi Görünməsini Söyləmişdim. Onda Onu Nə Cür Edəcəksinizki Yayımlanan Xəbərlər Ana Səhifədə Görünəcək? Çünkü Bildiyim Qədəriylə Ana Səhifədə Görünən Xəbərləri Ancaq Administratorlar Yayımlaya Bilir. Yaqinki Bizə Də Xəbər Dərc Eliyə Bilmək İmkanı Yaradacaqsınız Elə?
Müəllif: Tural M. Göndərilmə tarixi 11/19/2008 07:02
#93
Bəlkə saytımıza bala sayt kimi belə bir iş görək?
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/19/2008 07:04
#94
manqakomandiri tərəfindən yazılıb Bəlkə saytımıza bala sayt kimi belə bir iş görək?
Necə Başa Düşmədim. Açıq Danışın...
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/21/2008 14:16
#95
Mənim Yeni Bir Təklifim Var. Deyirəm Saytımızın Bir Logosu Olsun Və Bu Logo Ya PNG Yada PSD Formatında Olsun Bu Logonu Şəkillərin üzərinə Yapışdıraq Və Paylaşımları Logonu Şəkillərin Üzərinə Yapışdırdıqdan Sonra Edək Ki, Saytımızdakı heç Bir Şəkil Və Dərslik Oğurlanıb Başqa Saytlarda Özləri Eləmiş Kimi Paylaşılmasın. Müəllif Hüquqları Tapdalanmasın. Bu Sayədə Saytımızın Reklamı Da Olar Və İstifadəçilər Günü Gündən çoxalar. Nə deyirsiniz Necə Bir Fikirdir?
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/21/2008 14:20
#96
VasiF QuliyeV haqlısan. Hal-hazırda saytın loqosu sən dediyin məqsədlərin hamısı üçün istifadə oluna bilər. Yəni yuxarıdakı loqonu kiçik formatda paylacağıq sizlərlə. Paylaşacağınız hər şeyin üzərinə hək də bilərsiz o loqonu ;)
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/21/2008 14:24
#97
Təklifimin Bəyənilməsinə Çox Sevindim Qardaş. Elə İsə Bu Logonu Tezx Paylaşın Əla Paylaşımlarım Və İdeyalarım Vareee. ;)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/21/2008 14:24
#98
Ana SƏhifədəki sonuncu xəbəri oxuyun. Bütün istifadəçilər xəbər göndərə bilərlə saytımıza.
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/21/2008 14:36
#99
Gördüm Qardaş. Təklifimi Dəyərləmdirib Yerinə Yetirdiyiniz Üçün Çox Sağolun. Allah Razı Olsun. Logonu Da Paylaşsaydınız Əla Olardı. Bəs Logonu Nə Vaxt Paylaşacaqsınız?
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 11/21/2008 16:11
#100
Qrafika Elektron Jurnalının ilk sayında logo .PSD formatında paylaşılıb.İstəsən buradan da yükləyə bilərsən Qrafika Logo-YÜKLƏ
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/21/2008 19:25
#101
Paylaşımın Üçün Təşəkkürlər Fərhad. Əllərin, Qolların Var Olsun Qardaş. İndi paylaşımlarıma Könül Rahatlığı İlə Başlaya Bilərəm...
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 11/21/2008 21:13
#102
Mən Xəbər Dərc Eliyirəm Ama Alınmır. Qalın yazmaq Üçün B , Ortadan yazmaq Üçün CENTER-ə Klikləyirəm Şəkili Zad yapışdırıram Və Xəbəri Görüntülədən baxıram Heç Bir Dəyişiklik Yoxdur. Hərflər Qalın Yazılmıyıb, Şəkil Görünmür, Yazının Rəngi Dəyişmiyib. Xahiş Edirəm Onu Dzüəldəsiniz.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 11/30/2008 07:22
#103
Salam.:)
Bir iki təklifim olacaq.
Mobil oyunlar bölməsindəki proqramları(Rəsulzadənin kitabı və s.) mobil proqramlar bölməsinə köçürdün.
Yeni bir təklif daha.Mahnılar üçün yeni bir bölmə açaq.Mobil telefonlar üçün zəng və mahnılar,istək mahnıar,dinlədiyimiz mahılar kimi.yüklə kimi alt bölmələri olsun.
Mövzunu bir yerdən başqa yerə köçürə bilmədim.N-Gage dən başqa digər bölmələrin yalnız 1də nəzarətçiliym var ama bunun dəxli yoxdu deyəsən köçürməyə.Ona bir baxarsanız sevinərəm.
Birdəki mobil oyunlar bölməsində Edtiləməy lazımdı.sis və .jar formatında müxtəlif oyunlar bölməsində ancax Rarla sıxışdırılmış çoxlu oyunlar(paket şəklində) yerləşdirək. .jar oyunlar bölməsi də var ya onu parçalayaq.yada tək-tək olan oyunları onun içinə yığaq.Necə məsləhət görürsünüz elə də edək.
Bilirəm saytddatəmir işləri gedir.Vaxt məhduddu.İmkan olsa edərsiniz.
Əvvəlcədən təşəkkürlər.
Redaktə edən: MusaEfendi. Göndərilmə tarixi 11/30/2008 07:40
Müəllif: Abbas_M. Göndərilmə tarixi 12/08/2008 11:47
#104
MusaEfendi təklifin nəzərə alınacaq.
Təşəkkürlər
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 12/08/2008 14:53
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 12/19/2008 20:28
#106
Təklif edirəm Xəbərlər bölməsindəki xəbərlər başlıqlarla və standart, şəkillər kiçik və eyni ölçüdə yerləşdirilsin. Daha geniş xəbər davamını oxuduqda görünsün. Bir qədər səliqasiz və pərakəndə görünür.
Müəllif: qebele741@. Göndərilmə tarixi 12/19/2008 20:31
#107
sayt cox yaxsidi amma movzusu azdi
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 12/19/2008 20:38
#108
EXIF tərəfindən yazılıb
Təklif edirəm Xəbərlər bölməsindəki xəbərlər başlıqlarla və standart, şəkillər kiçik və eyni ölçüdə yerləşdirilsin. Daha geniş xəbər davamını oxuduqda görünsün. Bir qədər səliqasiz və pərakəndə görünür.
Mən də razıyam bu fikirlə.Səliqəli olsa daha gözəl olar. :)
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 12/19/2008 20:38
#109
qebele741@ tərəfindən yazılıb
sayt cox yaxsidi amma movzusu azdi
Yaxşı qardaş bəs təklifin nədir ? Burdakı mövsudan çox sayt göstərə bilərsən ? Heç axtarmada.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 12/19/2008 20:39
#110
qebele741@ tərəfindən yazılıb
sayt cox yaxsidi amma movzusu azdi
Mənə çox maraqlıdır.Sizi nə qane etməyib?
Müəllif: Fedai. Göndərilmə tarixi 12/21/2008 11:25
#111
Salam uşaqlar.Bir təklifim var.Deyirəm forumda Şeirlər bölməsi olsaydı pis olmazdı.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 12/21/2008 14:33
#112
"Internet və Kitab" bölməsində digər şairlərin,
"Bizim yazdığımız hekayələr" bölməsində də öz şeirlərinizi yerləşdirə bilərsiniz cənab Fədai bəy həzrətləri:D
Müəllif: wonderkid. Göndərilmə tarixi 12/21/2008 14:46
#113
"Internet və kitab" mövzusunun adının dəyişilməsini istəyirəm.
Məsələn "İnternet ,kitab və s.oxuduqlarımız"
Daha uyğun ad varsa onu üstün tutardım.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 12/21/2008 14:51
#114
Dəyişirəm indi:)
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 12/22/2008 20:27
#115
Təklif edirəm "Ən son aktiv forum mövzuları" - da ancaq qrafikaya aid mövzular göstərilsin. Qrafikaya aid olmayan mövzular Ana səhivə də göstərilməsə yaxşıdır. Çünki bu forumun sifətidir. Forum isə Qrafikaya aiddir. Digər məsələlər, söhbətlər, müzakirə və filan çoxluq təşkil edir. Forum təyinatını dəyişəcək belə getsə. Qrafikaya aid saytlar çox azdır. Saymağa İki-üç barmaq kifayət edər desəm yanılmaram. Bəlkə də yanılıram. Ümid edirəm narahatçılığım düzgün qəbul ediləçək. Biz bu gün sabahkılara kömək, dəstək olmalıyıq. Birləşməliyik!!!
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 12/22/2008 20:51
#116
Bu mövzuda səninlə razıyam Həbib. Amma əfsuslar olsun ki, bu texniki cəhətdən hələ ki, mümkün deyil. (Əslində mümkün olmayan şey yoxdur... Vaxt lazımdır.)
Əsas təyinatından kənar mövzular olmasa istifadəçiləri forumda aktiv saxlamaq olmur. Sanki darıxdırıcı gəlir və forumda aktivlik azalır. Bu mövzu üzərində çox baş sındırırıq... Hələ ki, bir nəticəyə gələ bilməmişik. Tələb təklif yaradır... Hələ ki, gözləmə mövqeyindəyik. Şükür ki, günü-gündən maraq artır dizayna. Azdır amma qane olmaq məcburiyyətindəyik.
Gərək bu mövzunu da müzakirəyə çıxaraq.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 12/22/2008 21:17
#117
KoLGe tərəfindən yazılıb
Bu mövzuda səninlə razıyam Həbib. Amma əfsuslar olsun ki, bu texniki cəhətdən hələ ki, mümkün deyil. (Əslində mümkün olmayan şey yoxdur... Vaxt lazımdır.)
Əsas təyinatından kənar mövzular olmasa istifadəçiləri forumda aktiv saxlamaq olmur. Sanki darıxdırıcı gəlir və forumda aktivlik azalır. Bu mövzu üzərində çox baş sındırırıq... Hələ ki, bir nəticəyə gələ bilməmişik. Tələb təklif yaradır... Hələ ki, gözləmə mövqeyindəyik. Şükür ki, günü-gündən maraq artır dizayna. Azdır amma qane olmaq məcburiyyətindəyik.
Gərək bu mövzunu da müzakirəyə çıxaraq.
Nə deyim Araz. Forum bir istiqamətdə inkişaf etsə yaxşıdır. Yəni konkret bir şey. Bunu idarə etmək də rahat olacaq.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 12/22/2008 21:39
#118
Əlbətdə. Haqlısan. Amma nəzərə alınmalı bir neçə şey var.
1. Azərbaycanda internet istifadəçi azdır.
2. Biz özümüzü çərçivəyə salmışıq konkret qrafika sahəsini seçməklə. Bununla da bizim istifadəçi kontingentimiz bir az da azalıb...
3. AzNET-də öyrədici, maarifləndirici saytlar yoxa bərabərdir. İnsanlar yavaş-yavaş bu cür layihələrin əyləncə, boş-boş vaxt sərf etdirən layihələrdən daha üstün olduğunu başa düşməyə başlayır.
4. Dərsliklərə, dizayn ləvazimatlarına(brush, pattern, style, və s.), əl işi hazırlamağa, fotoqrafikaya, marağı biz oyatmağa başlamışıq. Bacardığımız qədəri edirik və edəcəyik amma bundan artıq alınmır. Çünki könüllü qatılım lazımdır. Dizaynı öyrənmək istəyi olmasa, fotoqrafikanı öyrənmək istəyi olmasa, istifaəçini ancaq bu mövzuda yazmağa vadar etmək olmur :S... Bir müddət maraq göstərilir amma sonrada soyuma gedir... Biz əgər sırf bu sahəyə aid yazsaq, bizim bu layihə 10-15 ilə ancaq və ancaq istifadəçi yığacaq... Çünki bura Azərbaycandır. Məcburən istifadəçiləri aktiv tutmaq üçün, onlarda maraq oyatmaq üçün, (sayta girməyə həvəs və maraq olması üçün) məcburuq qrafika-dan kənara çıxmağa, gündəlik, əyləndirici mövzulardan istifadəyə...
Çıxış yolunu ancaq gözləməkdə və bu tempdə davam etməkdə görürəm mən. Şəxsən mən əvvəlkindən daha çox paylaşım etməyə başlamışam. Vaxt gələcək bu portal sırf təyinatı üzrə inkişaf edəcək. Biz paylaşaraq, paylaşmağı öyrətməliyik. Sevdirməliyik. İnsanlara göstərib öyrətməliyik ki, paylaşmaq, öyrənmək, öyrətmək istənilən əyləncədən və s. daha gözəldir. BU layihəni kiçik görənlər var bəlkə də. Amma zamanla özümüzə yer edirik. İnşAllah Allahın köməkliyi ilə vaxtı gəlincə səsimiz kifayət qədər yüksəklərdən gələcək. Qrafika.az olaraq.
Bu gün bizim əldə etdiyimzi nəticəyə diqqət etsək hər şeyin çox gözəl artaraq artan istiqamətdə getdiyini görərəik. Məsələn əvvəllər foruma daxil olanların sayı gündəlik 100-150 arası idisə, son bir ay ərzində hər gün foruma ən azı 400 nəfər daxil olub. Məlumat cPanel-dəki avvstats statistika sistemindən götürülüb. Forum nəzər salanda bu son ayda dizayna aid paylaşımlar artıb. Əl işi yerləşdirənlərin sayı artıb.
Bu onu göstərir ki, hər şey əladır. Bu tempdə davam etmək lazımdır. Ruhdan düşmək qətiyyən olmaz. ;)
Fikrilərinizi paylaşın, deyin bu mövzu nə qədər çox müzakirə oluns abi o qədər yazşıdır.
Müəllif: Nara. Göndərilmə tarixi 12/25/2008 19:03
#119
Salam. Bu saytda yeniyem amma buna baxmayaraq burdan bir cox sey oyrenirem.Bu sayti cox beyendim. Bir cetinliyim var. Mende photoshop proqrami ruscadi ve burdaki derslikler ingiliscedi. Mene cetinlik toredir burdan oyrendiklerimi oz photoshopumda tetbiq etmek. Sizden xaisim eyer mumukunse ruscada dersliler elave edesiniz bura. Mene ele gelirki burda tekce men bele cetinlikle rastlasmiram. Bele bir sayt yaratdiginiz ucun Size tewekkur edirem.
Indiden cox sag olun )))
Redaktə edən: Nara. Göndərilmə tarixi 12/25/2008 19:09
Müəllif: Smile. Göndərilmə tarixi 12/25/2008 19:14
#120
əvvəla xoş gəlmisən Nara. Sənə kömək etməyə çalışacıq. Səhv etmirəmsə burda photoshopun lüğəti olmalıdır. Ya da mən səhv salıram.
Əgər yoxdursa da təşkil edərik. Eləmi uşaqlar. ;)
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 12/25/2008 19:16
#121
Lügət var mən görmüşəm. Axtarıb tapa bilərsiniz. Rus dilində öyrənməkdənsə Ps-i ingilis dilinə çevirsəniz Sizə daha rahat olar məncə.
Müəllif: Smile. Göndərilmə tarixi 12/25/2008 19:20
#122
Mən dedim axı bizimkilər sənə kömək edəcək. :D
Müəllif: Fedai. Göndərilmə tarixi 12/25/2008 19:30
#123
Hə forumçu dediyin ürəyiaçıq olmalıdır.
Müəllif: Nara. Göndərilmə tarixi 12/25/2008 20:44
#124
Smile Xow Gordum )))
Tewekkur edirem haminiza. Axtararam bu saytdan. Eyer tapmasam yeniden komeye cagiracam :)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 12/25/2008 20:47
#125
Nara xanım, fikrimcə bu sizə kömək edər. PS Lüğəti
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 12/25/2008 20:57
#126
Nara foruma xoş gəlmisiniz.
EXİF dediyi kimi məsləhət görürük ki, Photoshop proqramının İngilis dilində olan versiyasını istifadə edəsiz. Sizə daha rahat olacaq. Çünki İngilis dilində material daha çoxdur. Rusca öyrənmək gələcəkdə sizi çaşdıracaq.
Ümumiyyətlə hamıya tövsiyyə edərdim ki, proqramları İngilis dilində istiofadə etsinlər. Başlanğıcda problem yarada bilər, çətin ola bilər amma keçicidir.
Müəllif: Nara. Göndərilmə tarixi 12/25/2008 21:12
#127
WolfmaN_AZE tərəfindən yazılıb Nara xanım, fikrimcə bu sizə kömək edər. PS Lüğəti
WolfmaN_AZE Tewekkur edirem Size. Iwime yaradi. Allah Razi olsun.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 12/25/2008 21:14
#128
Bir şey deyil, buyurun! :)
Müəllif: Nara. Göndərilmə tarixi 12/25/2008 21:25
#129
KoLGe tərəfindən yazılıb Nara foruma xoş gəlmisiniz.
EXİF dediyi kimi məsləhət görürük ki, Photoshop proqramının İngilis dilində olan versiyasını istifadə edəsiz. Sizə daha rahat olacaq. Çünki İngilis dilində material daha çoxdur. Rusca öyrənmək gələcəkdə sizi çaşdıracaq.
Ümumiyyətlə hamıya tövsiyyə edərdim ki, proqramları İngilis dilində istiofadə etsinlər. Başlanğıcda problem yarada bilər, çətin ola bilər amma keçicidir.
KoLGe xoş gördüm Sizləri!
Mənim üçün rusca öyrənmək çətin deyil. Bilirəm rusca. İngiliscədə bir o qədər çətin deyil. Amma rusca daha rahatdir mənə.Sadəcə olaraq bir proqramda bu iki dilin sözlərini bəzən tutuşdura bilmirəm.Bu da mənə çətinlik törədir. Əyər gələcəkdədə cətinlik çəksəm məsləhətinizdən istifadə edəcəm. Hər şey üçün çox sag olun.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 12/25/2008 21:33
#130
Nara tərəfindən yazılıb
KoLGe tərəfindən yazılıb Nara foruma xoş gəlmisiniz.
EXİF dediyi kimi məsləhət görürük ki, Photoshop proqramının İngilis dilində olan versiyasını istifadə edəsiz. Sizə daha rahat olacaq. Çünki İngilis dilində material daha çoxdur. Rusca öyrənmək gələcəkdə sizi çaşdıracaq.
Ümumiyyətlə hamıya tövsiyyə edərdim ki, proqramları İngilis dilində istiofadə etsinlər. Başlanğıcda problem yarada bilər, çətin ola bilər amma keçicidir.
KoLGe xoş gördüm Sizləri!
Mənim üçün rusca öyrənmək çətin deyil. Bilirəm rusca. İngiliscədə bir o qədər çətin deyil. Amma rusca daha rahatdir mənə.Sadəcə olaraq bir proqramda bu iki dilin sözlərini bəzən tutuşdura bilmirəm.Bu da mənə çətinlik törədir. Əyər gələcəkdədə cətinlik çəksəm məsləhətinizdən istifadə edəcəm. Hər şey üçün çox sag olun.
Xoş gəlmisən Nara.
Söz yox rusca çoxuna rahat ola bilər. Azərbaycanca da əla olardı. Elə deyilmi. Amma yenə də çətinliklə üzləşərdiniz. Çünki burada çox sayda terminlər var və bunlar hər yerdə sanki eynidir. Termini tərcumə etməyə əsas yoxdur axı. Rus dilində resurslara diqqət etsək orada demək olar ki çoxsu ingilis dilindədir. Bu Sizə rahat olacaq inanın.
Müəllif: Nara. Göndərilmə tarixi 12/25/2008 21:47
#131
EXIF Xoş gördüm!
Düzdür, Azərbaycanca olsaydı əla olardı. Onunlada razıyam ki, burdada çətinliklə üzləşərdik. Ümumiyyətlə bütün yazılanlarla tam razıyam. sadəcə olaraq hal hazırda məndə proqram ingiliscə deyil ruscadir. İngilis dilində proqram əldə edənə kimi rusca olan proqramdan istifadə etməliyəm. Bilirəmki çətinlik müvəqqətidir. İngiliscə olsada problem yoxdur istifadə etməkdə.
Hər şey üçün çox sağ olun!
Redaktə edən: Nara. Göndərilmə tarixi 12/25/2008 21:49
Müəllif: Peri. Göndərilmə tarixi 12/29/2008 17:13
#132
Şəxsi məlumatları dəyişdikdə avatarın olçüləri görsənsəydi istifadəçilər uçun rahat olardı avatarı dəyişdirmək.Niqulyanın köməyi olmasaydi mən dəyişə bilmirdim:)
Müəllif: urfa_n. Göndərilmə tarixi 12/29/2008 17:21
#133
Mənim təklifim ana səhifədəki məqalə sayı limitinin 10 olmasıdır. Əksər saytlarda elədir.Həm də elə daha universal olar.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 12/30/2008 06:43
#134
Pəri, əgər səhv etmirəmsə, hal-hazırda icazə verilən avatarın ölçüsü və həcmi qeyd olunur.
Urfa_n, bütün saytlarda siz dediyiniz kimi ola bilər.Ancaq bu o demək deyil ki, hər kəs bir-birinə oxşasın.5 ədəd xəbər qoymağımızın səbəbi saytın daha tez açılmasıdır.Fikrimcə orada 5 və ya 10 xəbər olmasının bir mənası yoxdur.Amma insanlar daha tez yüklənən sayt istəyirlər.
Pəri və Urfa_n, diqqətinizə görə təşəkkür edirəm!
Müəllif: Peri. Göndərilmə tarixi 12/30/2008 06:55
#135
Harda qeyd olunur mən yoxladım indi avatarı dəyişdikdə*no*
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 12/30/2008 07:46
#136
Pəri, Araz yəqin ki, indi yığışdırıb onu, üzərində iş gedir.Forum hələ tam tərcümə olunmayıb.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 12/30/2008 08:14
#137
WolfmaN_AZE tərəfindən yazılıb
Urfa_n, bütün saytlarda siz dediyiniz kimi ola bilər.Ancaq bu o demək deyil ki, hər kəs bir-birinə oxşasın.5 ədəd xəbər qoymağımızın səbəbi saytın daha tez açılmasıdır.Fikrimcə orada 5 və ya 10 xəbər olmasının bir mənası yoxdur.Amma insanlar daha tez yüklənən sayt istəyirlər.[/b]
Fərhad, mən səninlə tam razıam! Həm də ki, hər səhifədə 10 xəbər limiti olsa onda istifadəçilər o biri səhifədəki xəbərləri oxumağa tənbəlləşərlər;)Belə daha maraqlı olur:)
Müəllif: urfa_n. Göndərilmə tarixi 12/30/2008 12:49
#138
Pəri və Urfa_n, diqqətinizə görə təşəkkür edirəm!
Bir şey deyil!
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 01/03/2009 18:37
#139
Mümkünsə ismarıc pəncərəsindəki yazıların ölçüsünü böyüdün. Çox kiçikdir. İsmarıc pəncərəsi dedikdə yeni yazılanları nəzərdə tuturam.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 01/08/2009 08:35
#140
Forum günü-gündən təkmilləşır, resursları çoxalır, istifadəçılər çoxalır. Forum tam olaraq təmənnasız fəaliyyət göstərir. Lakin bütün bu işlərin görülməsi üçün müəyyən qədər xərclər tələb olunur. Hostinq və s. Nəzərə alsaq ki forumun idarəçıləri Araz və Fərhad tələbədirlər, maddı bazalarının məhdud olmasını zənn etmək olar. Bu səbəbdən bəzi işlər ləngiyə, hətta baş tutmaya da bilər. Təklif edirəm bir bank hesabı açılsın. Könüllü olaraq istifadəçılər bu hesaba könüllü olaraq pay göndərsinlər. Nəticədə forumun maddi bazası formalaşsın.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 01/08/2009 10:08
#141
Habib Muradov tərəfindən yazılıb
Mümkünsə ismarıc pəncərəsindəki yazıların ölçüsünü böyüdün. Çox kiçikdir. İsmarıc pəncərəsi dedikdə yeni yazılanları nəzərdə tuturam.
Yazıların ölçüsünü böyüdəcəm bir neçə dəqiqəyə. Diqqətinə görə təşəkkürlər ;)
Habib Muradov tərəfindən yazılıb
Forum günü-gündən təkmilləşır, resursları çoxalır, istifadəçılər çoxalır. Forum tam olaraq təmənnasız fəaliyyət göstərir. Lakin bütün bu işlərin görülməsi üçün müəyyən qədər xərclər tələb olunur. Hostinq və s. Nəzərə alsaq ki forumun idarəçıləri Araz və Fərhad tələbədirlər, maddı bazalarının məhdud olmasını zənn etmək olar. Bu səbəbdən bəzi işlər ləngiyə, hətta baş tutmaya da bilər. Təklif edirəm bir bank hesabı açılsın. Könüllü olaraq istifadəçılər bu hesaba könüllü olaraq pay göndərsinlər. Nəticədə forumun maddi bazası formalaşsın.
Qardaş diqqətinə görə təşəkkür edirəm bir daha. Bizi düşünüb, anladığın və qiymətləndirdiyin üçün təşəkkür edirəm. Bu təklifi Fərhad da oxusun görək nə deyəcək... Müzakirə etmək lazımdır.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 01/08/2009 20:49
#142
Qardaş, diqqətinə və anlayışına görə təşəkkür edirəm!
Müəllif: mandarin. Göndərilmə tarixi 01/08/2009 21:08
#143
mende isterdim ki sayta yeni qosulanlar..meselen men*blushing*bilmirem saytta teze gelenler movzu acirlar...meselen filankesin el isleri,,,bunu hardan etmek lazimdir...nece vaxttir sorusa da bilmirem hardan edilir onu da bilmirem yaxsi olardiki ana sehifede bir kuncde filan bu haqda aydin olsun...belkede var men bilmirem
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 01/08/2009 21:15
#144
Bunun üçün xüsusi bir bölməyə ehtiyac yoxdur.Hər bir bölməyə daxil olduqda yuxarıda "YENİ MÖVZU" adlı düymə var, ora sıxın və yeni mövzu açın. :)
Müəllif: Fedai. Göndərilmə tarixi 01/08/2009 21:15
#145
..::PHOTOSHOP`dakı işlərimiz::.. də əl işlərimiz bölməsinə daxil ol.
Orada yeni mövzu açırsan və adını Mandarinin əl işləri qoyursan.Vəssalam:)
Müəllif: mandarin. Göndərilmə tarixi 01/08/2009 21:20
#146
her ikiniz de sagolun ..;)eslinde uze cixasi el islerim yoxdu helelik ama olanda yerlesdirmek ucun acam gerek movzu
Müəllif: Ejder Dagdeviren. Göndərilmə tarixi 01/08/2009 21:23
#147
Örneğin El İşi sayfanızı Açmak İstiyosanız...
Önce forumda uygun bölmeye gideriz...
1:
Daha sonra Yeni Mövzu Butonuna Tıklarız...
2:
Son Olarak Başlık yazarız ,altına da mesajımızı ya da linklerimizi koyar Gönder ya d Yolla deriz aşağıdan...
3:
Bu sorunla çok sık karşılaşıldığı için bunu eklemeyi uygun gördüm..
Başarılar...
Redaktə edən: Ejder Dagdeviren. Göndərilmə tarixi 01/08/2009 21:24
Müəllif: mandarin. Göndərilmə tarixi 01/08/2009 21:26
#148
eziyyete gore sagolun..aydin oldu:)
Müəllif: _-S-H-A-H-I-N-_. Göndərilmə tarixi 01/15/2009 13:01
#149
Salamlar.Saytda wap sayt haqqinda bolum yaratsaniz pis olmaz.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 01/24/2009 08:28
#150
Təklif edirəm ki, forumda 3D-yə dair movzunu bir az genişləndirək. Belə ki, 3D Nədir? bölməsində yalnız 3D-yə aid tanışlıq xarakterli məlumatlar yerləşdirək. 3D dərslikləri adı altında yeni ayrı bir bölmə açılsın. Belə qarma qarışıqlığa yol verilməyəcək və təbii ki, forum istifadəçiləri üçün dərslik götürmək asand olacaq.
P.S. Həmin bölmədə mənə idarəçilik səlahiyyətləri də verilsin ki, mövzularda redaktə etmək işlərinə baxım;)
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 01/26/2009 12:17
Müəllif: Mylife. Göndərilmə tarixi 01/26/2009 15:54
#152
Mənim bir təklifim var ama inşaAllah ifade ede bilerem fikrimi meselen bir istifadecinin nikinin usdune klikliyende məlumat açılır e bax orda istifadeci forumda hardadi hansi bolməni izləyir bilmək olsun məsələn mandarin nikinin utune klikliyende men onun sohbetlerimiz bolmesinde olduğunu və yaxud basqa bir bölmıdı olduğunu bilim
;)
Müəllif: emturk. Göndərilmə tarixi 01/27/2009 12:34
#153
Sizden Yeni "Elektronika" bolumunun acilmasini xahish edirem. Bu movzuda biz oz dostlarimizla elektronikaya aid her sheyde bilgi paylashimi heyata kecire bilerik. Meishetde lazim olan elektron avadanliqlarin, robortlarin hazirlanmasi barede muzakireler apa bilerik. Bu movzuda elimde coxlu melumatlar var. Yani bilmeyen dostlar ucun elektronikanin temellerini onlara oyredib birge layiheler uzerinde ishleye bilerik. Mene ele gelir bu coxlari ucunn maraqli olar. Teshekkurler. Hormetle EMIN
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 01/27/2009 19:38
#154
emturk, salam. Xoş gəlmisən.
Təklifə görə təşəkkürlər. Tez bir zamanda dəyərləndirəcəyik bu təklifi.
Xoş vaxt keçirəcəyiniz ümidi ilə.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 01/29/2009 11:42
#155
Təklif edirəm ki, Niqulya`nı Divar Kağızları bölməsinin nəzarətçisi edəsiniz.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 01/30/2009 11:37
#156
Təklif edirəm ki. forumda bir dənə mövzu açaq və adını da "Rsuca danışmaq üçün bura" yazağ. Heç olmasa ümumi fikirlərimizi ruscax və digər dillərdə ora da bildirək;)
Hər halda etirazınız olmazdaa.heləmi??1 mövzu nədiki?;)
Razı olanlar əllərini qaldırsun;)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 01/31/2009 18:53
#157
Rusca danışmaq istəyənlər inciməsin bizdən amma belə bir mövzu açılmayacaq. Forumun dili Azərbaycan və Türkiyə TÜRKCƏSİDİR.
Forumun qaydalarında lap əzəl başdan qeyd etmişik. əcnəbi dillərdə zatən resurs çoxdur. Bizim öz doğma dilimizdə yazmaq daha yaxşı deyil?
Qaldı ki, rus dilinə şəxsən öz adıma deyim ki, Rus dilinə qarşı xüsusi soyuqluğumun səbəbi zatən 70 illik rus əsarəti, Xocalı, 20 Yanvar və bu qəbildən olan soyqırımları başımıza gətirən şovinist rusların özünə və dilinə olan nifrətimdir.
Bu barədə şərh və s. ehtiyac yoxdu dostlar. Forumun qaydalarına hörmət etmək hər bir sıravi qrafika.az istifadəçisinin borcudur.
İnanıram ki, kifayət qədər aydın və ətraflı izah etdim.
Dərin hörmətlə.
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 01/31/2009 19:22
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 01/31/2009 19:10
#158
Dəstək olduğun üçün təşəkkür edirəm. Bu halların baş verməməsi üçün bu tip ismarıçların xəbərdarlıq edimədən silinməsini təklif edirəm. Eyni zamanda yersiz yerləşdirilən işarələr haqqında da düşünməyə dəyər.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 01/31/2009 19:18
#159
Mimkalardan yersiz istifadə olunmaması barədə forumun qaydalarında xüsusi bənd var. Amma əfsuslar olsun ki, istifadəçilər bəzən buna riayət etmir.
Bütün forum nəzarətçilərinə icazə verilir ki, yersiz istifadə olunmuş mimikalı ismarıcları silsinlər.
Bu gündən sonra isə mövzudan kənarlaşmalara diqqət edilsin. Bu günə qədərkilərə şamil edilmir.
Amma təkcə mimika olan ismarıclar sorğusuz-sualsız və xəbərdarlıqlsız silinə bilər. Bu zaman o mimikanın bir məna daşıyıb daşımamasına diqqət edin.
Məsələn: Ancaq
:D
ibarət ismarıclar nəzərdə tutulur.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 01/31/2009 19:21
#160
Həbib, mən artıq xəbərdarlıq etmişəm ki, başqa dildə yazılan ismarıclar xəbərdarlıqsız silinəcəkdir.Əgər, bu hal təkrar olunarsa, bir günlük forumdan kənarlaşma ilə nəticələcək.Yenə də bütün bunlara baxmayaraq eyni qayda pozuntuları davam edəcəksə, daha ciddi cəza tədbirləri görüləcəkdir.
Ancaq işarələrdən ibarət olan ismarıclar da xəbərdarlıqsız silinəcəkdir.İsmarıc artırmaq xatirinə bir işarə qoymaq olmaz.Əgər, mövzuya münasibət bildirməyə söz tapa bilmirsinizsə, o zaman bunu işarə qoymaqla təmin etməyin!
Hörmətlə,
Müəllif: Tural M. Göndərilmə tarixi 02/01/2009 17:49
#161
Təklif edirəm ki, Agent_Mulder adlı istifadəçi nəzarətçilikdən çıxarılsın.
Agent_Mulder, bilirsən ki, səni şəxsən tanımıram, ona görə də şəxsi bir iradım yoxdur və sənin şəxsiyyətinə toxunmaq istəmərəm, amma fikrimcə nəzarətçılik sənlik deyil (inşAllah demokrat ruhlu insansan). İdarəçilərdən də xahişim, bu ismarıc götür-qoy edildikdən sonra silinsin.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 02/01/2009 18:39
#162
manqakomandiri bu təklifinizi bir az daha aydınlıq gətirsəz sevinərdim. Səbəblərini yazmağınızı rica edirəm.
Agent_Mulder forumda ancaq VVallpaperlər bölməsində nəzarətçidir.
Müəllif: Tural M. Göndərilmə tarixi 02/01/2009 18:50
#163
Fikrimcə Agent_Mulder forumda yazdığı müxtəlif kobud xətalı yazılarla, həmçinin, hal-hazırda aktual olan rus dili məsələsinin aktiv iştirakçısı kimi (hansı ki, forum qaydalarını yaxşı bilməli idi və xatırlatmağa da ehtiyac yox idi) forumun keyfiyyətini aşağı salır. İstifadəçi kimi bunlar bəlkə də bağışlanasıdır, amma nəzarətçi kimi, yox məncə. Xatırladım ki, bu tələb yox təklifdir.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 02/01/2009 20:29
#164
Bir təklif də məndən.
İstifadəçilər 2 və daha artıq dalbadal ismarıc yazmasın.
Sonuncu yazılan ismarıc redaktə edilə bilir.Yazacağı ifadəni redaktə ilə həmin ismarıcın ardına yazsın.başqa rəngdən istifadə edə bilər.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/02/2009 06:45
#165
KoLGe tərəfindən yazılıb manqakomandiri bu təklifinizi bir az daha aydınlıq gətirsəz sevinərdim. Səbəblərini yazmağınızı rica edirəm.
Agent_Mulder forumda ancaq VVallpaperlər bölməsində nəzarətçidir.
Araz, məni İdarəçilikdən çıxartmaq üçün Qlobal idarəçiliyi fikirləşmək lüzum bilmirdim. Eləcə yazardın ki, "Həsənağa, səni idarəçilikdən çıxardıram. Hər halda bu düz bir cavab olardı, dolayı yolla edilən bir hərəkət olmazdı"
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/02/2009 06:54
#166
Agent_Mulder tərəfindən yazılıb
KoLGe tərəfindən yazılıb manqakomandiri bu təklifinizi bir az daha aydınlıq gətirsəz sevinərdim. Səbəblərini yazmağınızı rica edirəm.
Agent_Mulder forumda ancaq VVallpaperlər bölməsində nəzarətçidir.
Araz, məni İdarəçilikdən çıxartmaq üçün Qlobal idarəçiliyi fikirləşmək lüzum bilmirdim. Eləcə yazardın ki, "Həsənağa, səni idarəçilikdən çıxardıram. Hər halda bu düz bir cavab olardı, dolayı yolla edilən bir hərəkət olmazdı"
Bu forum sənin bildiklərinlə və ya bilmədiklərinlə ərsəyə gəlməyib.Əgər, biz lüzum bilmişiksə, deməli lazımdır.O ki, qaldı sənin idarəçilikdən çıxarılmağına, bəli çıxarıldın.Zənnimcə, səbəbləri sənə və bu forumda olan hər kəsə aydındır.Əgər, bir idarəçi forumun qayda-qanunlarını və digər idarəçi dostlarının sözünü heçə sayıb, hörmətsizlik edirsə, deməli həmin idarəçi hələ ki, öz vəzifəsinin nə olduğunu bilmir.İdarəçi qayda-qanuna əməl etmədikdən sonra mən necə gedim istifadəçiyə deyim ki, bu qanunu pozma?
Forumun qayda-qanunlarını oxuyub, onlara əməl etsən, təbii ki, idarəçilik statusun geri qaytarıla bilər.
Hörmətlə,
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/02/2009 06:58
#167
WolfmaN_AZE tərəfindən yazılıb
Agent_Mulder tərəfindən yazılıb
KoLGe tərəfindən yazılıb manqakomandiri bu təklifinizi bir az daha aydınlıq gətirsəz sevinərdim. Səbəblərini yazmağınızı rica edirəm.
Agent_Mulder forumda ancaq VVallpaperlər bölməsində nəzarətçidir.
Araz, məni İdarəçilikdən çıxartmaq üçün Qlobal idarəçiliyi fikirləşmək lüzum bilmirdim. Eləcə yazardın ki, "Həsənağa, səni idarəçilikdən çıxardıram. Hər halda bu düz bir cavab olardı, dolayı yolla edilən bir hərəkət olmazdı"
Bu forum sənin bildiklərinlə və ya bilmədiklərinlə ərsəyə gəlməyib.Əgər, biz lüzum bilmişiksə, deməli lazımdır.O ki, qaldı sənin idarəçilikdən çıxarılmağına, bəli çıxarıldın.Zənnimcə, səbəbləri sənə və bu forumda olan hər kəsə aydındır.Əgər, bir idarəçi forumun qayda-qanunlarını və digər idarəçi dostlarının sözünü heçə sayıb, hörmətsizlik edirsə, deməli həmin idarəçi hələ ki, öz vəzifəsinin nə olduğunu bilmir.İdarəçi qayda-qanuna əməl etmədikdən sonra mən necə gedim istifadəçiyə deyim ki, bu qanunu pozma?
Forumun qayda-qanunlarını oxuyub, onlara əməl etsən, təbii ki, idarəçilik statusun geri qaytarıla bilər.
Hörmətlə,
Hər halda nəyin nə üçün yaratdığınızdan az da olsa xəbərliyəm. Burda mənə qayda-qanunlardan danışmağ yersizdi!Çünki əgər məni idarəçilikdən artıq çıxartmısınızsa onda mənə qayda qanunları yadma salmağ da yersizdi.Belə ki, mən artıq hər şeyi çoxdan başa düşmüşəm, qadası:)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/02/2009 07:07
#168
Sən bizim verdiyimiz qərarlardan heç vaxt xəbərdar ola bilmərsən!Bu mümkün deyil.Qayda-qanunlar yalnız İdarəçilər üçün deyil, bu foruma üzv olan hər bir istifadəçi üçündür.Yadda saxla ki, sən hələ də nəzarətçisən.Mən burada müzakirə etmirəm.Bundan sonra bura bu mövzu ilə əlaqədar yazılan ismarıclar xəbərdarlıq edilmədən silinəcəkdir.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 02/02/2009 09:53
#169
Əvvəla salam əleykim.
Həsənağa, ləqəbivin rənginə fikir versən görərsən ki, hələ də idarəçi statusundasan. Forumda ümumi nəzarətçilik məsələsi çoxdan düşündüyüm sadəcə vaxt edib tətbiq edə bilmədiyim bir şey idi. Forumdakı abu-hava artıq vaxtı gəldiyindən xəbərdar etdi. Forumun idarəçisi və ya nəzarətçisindən bu qədər narazılıq olduğu halda məni nədə günahkar gördüyünü anlamadım şəxsən?
Məsələyə təkcə öz prizmanızdan yanaşmayın dostlar. Özünüzü bizim yerimizə də qoyun. Yalnız bundan sonra qərar verin...
Bu işə sadəcə əyləncə kimi baxmırıq. Ciddi bir şəkildə başlamışıq bu işə bu cür də davam etmək fikrindəyik. Bunun üçün də qayda-qanunlar yazmışıq. Amma əfsuslar olsun ki, qayda-qanunlar sanki heç maraqlandırmı camaatı...
Həsənağa, sən dəfələrlə bu qayda-qanunları pozmusan. Özü də kobud şəkildə. Ümid edirdik ki, düzələcək... Amma məhəl qoymamağın bu cür nəticəyə gətirib çıxardı.
Bu forumda heç kimlə şəxsi münasibətə görə tənzimləmirik abu-havanı... Şəxsi münasibətlər öz yerində, forum və sayt öz yerində.
Bu qədər.
Bütün bu sayt və forumun qarşılığında istifadəçilərdən bircə şey istədik o da qaydaları bir dəfə oxuyub əməl etmək... Məgər ÇOX ŞEY istədik???
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 02/03/2009 09:48
#170
Mən və mənim fantastik təkliflərim.:)
Təklif edirəm ki, Bizim yazdığımız hekayələri ayrıca bölmə olaraq açaq. Filankəsin yazdığı hekayələr mövzuları şəklində. Səbəb: Bura incəsənət saytıdır.Yazıçılıq qabiliyyəti də incəsənətdir.BƏziləri öz istedadlarını PS də fırçalarla, Paintda karandaşla vəs. əks elətdirir.Bəziləri də...
Burda da çoxlu hekayə yazan var. Məncə maraqlı olar.
Əgər bunu oxuyandan sora "özümdən əfqanıstan çıxartdığımı" düşünürsüzsə yazın.Başlamamış müzakirəni bitirək.
Hörmətlə,
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 09:52
#171
Təklif edirəm ki, forumda İstifadəçi siyahısında bir dənə punkt açılsın. Harda biz e-mail ünvanımız köməyi ilə həmin e-mail ünvanın hansı istifadəçiyə məxsus olduğunu axtara bilək. Mənə çoxlu PM`lə müraciətlər olunur ki, "forumda istifadəçi adını unutmuşuq, email ünvanımızla axtarmağ olarmı?"
Xahiş edirəm buna fikir bildirin, düşünürəm ki, çox vacib bir məsələdi.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 02/03/2009 10:04
#172
Agent_Mulder məsələni tam başa düşmədim qardaş.
Sayta istifadəçi kimi daxil olmamış(log in) hər hansı bir istifadəçi nəinki mail ünvanlarını hətda istifadəçilərin adlarını da görə bilməz.(izn verilmir).
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 10:08
#173
KoLGe tərəfindən yazılıb Agent_Mulder məsələni tam başa düşmədim qardaş.
Sayta istifadəçi kimi daxil olmamış(log in) hər hansı bir istifadəçi nəinki mail ünvanlarını hətda istifadəçilərin adlarını da görə bilməz.(izn verilmir).
Söhbət login olmuş istifadəçilərdən gedir, yani ki, məsəlçün, forumda kimsə "MSN email ünvanını qeyd edib.Onun msn ünvanına yazıb deyirlər ki"Bu forumda nikimi unutmuşam, email ünvanı var, kömək edib tapmağa" bu cür sual çıxmasın deyə:)Kimin axotu var bir bir nik gəzib emailin hansı nike məxsus olduğunu tapsun??Amma axtarış olsa əla olardı;)Hər halda bu punkt yalnız log in olmuş istifadəçilərə aidiyyatı olacağ
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 02/03/2009 10:18
#174
Buna heç bir ehtiyac yoxdu qardaş.
Belə ki, əgər istifadəçi öz ləqəbini və şifrəsini unudubsa, o zaman
Şifrəmi Unutmuşam Linkini tıklasın.
Və açılan səhifədə qeydiyyatdan keçdiyi zaman daxil etdiyi e-mail ünvanını daxil etsin.
Ona aşağıdakı formatda məktub gələcək.
Salam FİLANKƏS,
Siz ya da bashqa birisi | Bilik paylaşdıqca artır | saytindan sizin istifadechi hesabi uchun yeni yeni bir shifre teleb edib.
Göründüyü kimi unutmuş olduğu ləqəb və yeni şifrəni əldə etmək üçün link göndərilir.
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 02/03/2009 10:20
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 10:24
#175
Həə, bax bu yaxşıdı, yadımdan çıxmışdı sözün düzü, amma mən təklif elədiyimdə kiməsə kimsə lazım olsa e-mail ünvanıyla tapa bilər ki forumda üzvdü yoxsa yox;)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 02/03/2009 10:26
#176
Konfidensial məlumatları heç kəsə aça bilmərik :D
Ancaq müvafiq səlahiyyəti olan şəxslər bu bilgilərə baxa bilər :)
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 10:31
#177
Həə??Onda təklif edirəm ki, idarəçilərə verilsin bu səlahiyyət:D
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 02/03/2009 12:42
#178
Sitat verim bir daha.İşim yox gücüm yox.Camaatı işə salmaxdan başqa.Mərdimazarı axtarmaxnan döööyki.*blushing*
MusaEfendi tərəfindən yazılıb
Mən və mənim fantastik təkliflərim.:)
Təklif edirəm ki, Bizim yazdığımız hekayələri ayrıca bölmə olaraq açaq. Filankəsin yazdığı hekayələr mövzuları şəklində. Səbəb: Bura incəsənət saytıdır.Yazıçılıq qabiliyyəti də incəsənətdir.BƏziləri öz istedadlarını PS də fırçalarla, Paintda karandaşla vəs. əks elətdirir.Bəziləri də...
Burda da çoxlu hekayə yazan var. Məncə maraqlı olar.
Əgər bunu oxuyandan sora "özümdən əfqanıstan çıxartdığımı" düşünürsüzsə yazın.Başlamamış müzakirəni bitirək.
Bir təklif də daha
İstifadəçilər 2 və daha artıq dalbadal ismarıc yazmasın.
Sonuncu yazılan ismarıc redaktə edilə bilir.Yazacağı ifadəni redaktə ilə həmin ismarıcın ardına yazsın.başqa rəngdən istifadə edə bilər.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 12:51
#179
Musa, mənim fikrimcə buna ayrıca bölmə açmağ bir az saytın mənasını dəyişəcəkee:)Elə ki, saytın adı "qrafika.az"`dı. Burdan da hamıya aydın olur ki, sayt sırf qrafika ilə bağlıdı:)Nə bilim. mən şəxsi fikrimi bildirdim, görək başqa istifadəçilər nə deyir;)
Təklif üçün təşəkkür!
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 02/03/2009 13:05
#180
Elə ki, saytın adı "qrafika.az"`dı.
Əvvəl adı photoshop-az.com idi.Sora əhatə dairəsini genişləndirdi.Oldu qrafika.az...
mənim fikrimcə buna ayrıca bölmə açmağ bir az saytın mənasını dəyişəcəkee
Ayrıca oyunlar bölməsi də var.Bunun PS ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdu.Proqramlar bölməsinin də həmçinin...
Burdan da hamıya aydın olur ki, sayt sırf qrafika ilə bağlıdı
Mən dediklərimdən də aydın olur ki,sayt öz əhatəsini çoxdan aşıb.
Nə bilim. mən şəxsi fikrimi bildirdim, görək başqa istifadəçilər nə deyir
Yaxşı elədin.Fikrini bilmək maraqlıdı şəxsən.:)
Təklif üçün təşəkkür!
Fikrin üçün təşəkkür.;)
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 13:16
#181
Proqramlar bölməsi onunçun var ki, belə baxanda qrafika ilə işləmək üçün lazımlı proqramlar ilk əlavə olunmağa başlandı, sonradan uje hər bir istifadəçi başladı ən aktual proqramları yükləməyə, birdəki burda kim nə paylaşanda marağ və hörmət çərçivəsində heç kəs heç kəsə bir söz deyən deyilki;)Kim kimin xətrinə dəymək istəyər ki??Heç kəs:)Oyunlara qalanda isə o şəxsən Araz`ın fikri idi ki, hər bir sıravi qrafikçi uzun uzadı bir layıhə, iş üzərində çalışıb yorulandan sonra bir az istirahət üçün oyun oynasın;)
Əvvəlcədən də Mobil Dünya haqqında da bir kəlmə deyim, yoxsa onu da sübut kimi tutarsan:D Mobil dünya belə baxanda, forumda bildiyimiz kimi hər bir istifadəçidə telefon var (inanmıram ki kimdəsə indiki zəmanədə tel olmasun). Mobil dünya haqqında təklifi ilk dəfə Vasif Quliyev irəli sürmüşdü, forum tərəfindən də pis qarşılanmadı. təklif qəbul olundu. nə üçün??Ondan ötəri ki, buna tələbat var. həm də ki nəisə götürmək, bizə faydalı olan şey əldə etmək belə daha rahat olacaq (mobil sahəsində). Başqa qardaşım nə deyə bilərəm, hələ ki, bu qədər:D
Redaktə edən: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 13:18
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 02/03/2009 13:28
#182
Qəşəəəəy ama sən də mənə qulaq as.(yəni oxuginən)
VVinamp proqramının paylaşmasına bir şey demirəm.Bir növ oda incəsənətdi."Musiqi incəsənətdi" açısından məsələyə yaxınlaşanda.;)
Oyunlar əlbəttə olmalıdır.Heç kəs robot deyil ki, bütün günü PSin qabağında otursun.
Mobil dünya da əlbəttə var.O da olmalıdır.Tələbat var.
Dediyim hekayələrə də tələbat var. ÇÜNKİ BU HEKAYƏLƏR HƏM PROQRAMLARDAN HƏM OYUNDAN HƏM DƏ TELEFONDAN ƏVVƏL YARADILIB.YARANMA TARİXİNDƏN SÖHBƏT GETMİR HAA.İNCƏSƏNƏT NÖVÜ KİMİ YARANMASINDAN GEDİR.SIRF İNCƏSƏNƏTDİR.Burda Smile, Fərhad, Abbas_M,Fiona,Vitamin_C,Fədai və başqaları hekayə vəs. kimi şeylər yazır.Bu SIRF incəsənətdir.və bu forumda da ayrıca bölmə kimi olmalıdır.
Bu qəddə şey yazmışıx in gəl byu bölməni ayırmadaaa
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/03/2009 13:35
#183
Musa:)İncəsənət olmağına sözüm yoxdue:)Hərə öz istedadını göstərir, amma ayrıca bölmə açmağa lüzum yoxdu:)Nəbilim, baxundaaa:)TƏLƏBAT olsa onda hələ düşünmək olar, belə isə mövzu şəklində də pis deyil;)Hmm, mən öz fikrimi bildirdim, Musa:)Gözləyək görək kim nə fikir bildirir;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/03/2009 18:55
#184
Musa, təklifinə görə təşəkkür edirəm!
Ancaq, sənin də bildiyin kimi biz məhz qrafika sahəsinəüz tutmuşuq.Tam qrafika deməyək buna, qrafikanın aid olduğu sahələr eyni zamanda.Ancaq sənin təklifini nəzərə alsaq o zaman gərək "Ədəbiyyat" bölməsi və yaxud buna bənzər bir bölmə açaq.O zaman demək olar ki, qrafika öz sifətini itirəcək.Bizim fikrimizcə, əlavə söhbətlər üçün kifayət qədər bölmə və mövzu var.Mobil telefon temalarına öz münasibətimi bildirim, o bölməni hər kəsdə telefon var deyə açmamışdıq.Vasif, təklif etmişdi ki, o, özü temalar düzəldir və onları paylaşacaq.Buna görə açılmışdı.
Diqqətinizə görə təşəkkür edirəm!
Hörmətlə,
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 02/03/2009 19:57
#185
Proqramlar bundan sonra yeni özü də yep yeni bir saytda paylaşılacaq dostlar ;)
www.Proqram.Info - Azərbaycanın proqram paylaşım platformu olacaq inşAllah.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/05/2009 13:50
#186
Təklif edirəm ki, 3D sahəsini genişləndirib, əlavə bölmə açılsın və ona "3D Video Dərsliklər" adı verilsin!Onu da qeyd edim ki, video dərsliklər arxivdə olacağ və həcmləri də çox kiçik olacağ;)
Necə fikirdi??
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/06/2009 06:37
#187
Qardaş, gözəl təklifdir.Ancaq bu dərslikləri kim hazırlayacaq?Özüdə Azərbaycan dilində.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/06/2009 06:43
#188
Dərslikləri inşallah ManoDesign və 3D adlı istifadəçilər. Mən də öz növbəmdə bacardığım qədər hazırlayacam!;)Bu arada əlimdə ManoDesign`ın özünün video dərslikləri var. onları da yerləşdirrik;)Həcmləri çox kiçikdi, lazım gəlsə youtube`a da upload eləmək olar, amma yaxşı olar ki, hər bir 3D öyrənənin kompyuuterində olsun dərsliklər.Onun üçün də dərslikləri .AVİ genişlənməsi ilə forumda yerləşdirmək daha faydalı olar;)
ManoDesign adlı istifadəçinin başa salma qabiliyyəti əladı!Şəxsən videolarına baxaraq çalışmalar eləmişəm, uğurlu da alınıb*tup*
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/06/2009 06:55
#189
O zaman, təklifin qəbul olundu. ;)
Ancaq özündə bilirsən ki, dərsliklər yalnız Azərbaycan dilində ola bilər.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/06/2009 06:58
#190
Əlbəttə ki, bilirəm!;)Sırf öz doğma dilimizdə hər şey olacaq!
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/06/2009 07:10
#191
Bu təklif qəbul edildi və mövzu açıldı.
Uğurlar!
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/06/2009 11:59
#192
Təklif edirəm ki, 3D sahəsində bir balaca bölmələrdə dəyişiklik edilsin. Belə ki, 3D Haqqında adlı bölmədə yer almış 3D dərsliklər üçün ayrıca bölmə açılsın, harada sırf dərsliklər yer alacaq..3D Haqqında adlı bölmədə isə 3D proqramı (Əsasən 3D MAX), alətlər paneil, bu tip məlumatların yerləşdirilməsinə şərait yaradılsın;)Yoxsa dərsliklərlə proqramın içini başa salmağ bir arada olsa qarmaqarışıqlıq yaradacaq gələcəkçün;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/06/2009 19:47
#193
Olar, ancaq bu biraz zaman alacaq.
Təklifin üçün bir daha təşəkkürlər!
Müəllif: Abbas_M. Göndərilmə tarixi 02/24/2009 14:12
#194
Təklif edirəm ki,İstifadəçilərlə müsahibə adlı bölmə açılsın və orda hər dəfə bizim istəyimizlə kiminsə müsahibəsi açılsın,bizdə onu sual yağışına tutaq.Beləcə bir-birimizi daha da yaxından tanımış olarıq.
Müəllif: Tural M. Göndərilmə tarixi 02/24/2009 15:17
#195
Maraqlı təklifdi Abbas_M.
Müəllif: HaciliZiya. Göndərilmə tarixi 02/24/2009 16:19
#196
Mence yaxsi fikirdi*clap*
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/24/2009 19:16
#197
Abbas, maraqlı təklifdir.Bu barədə söhbət edək, mütləq qərarı bildirəcəyik.;)
Diqqətin üçün təşəkkür edirəm!
Müəllif: Smile. Göndərilmə tarixi 02/24/2009 19:24
#198
Təhlükəli bölmə:D:D
Müəllif: Zehra. Göndərilmə tarixi 02/24/2009 19:30
#199
Maraqli ve tehlukelidi (Smile) baci duz deyirsen
Müəllif: vitamin_c. Göndərilmə tarixi 02/24/2009 19:32
#200
Mənim də xoşum gəldi Abbasın fikrindən.
Bir də daha bir təklifim var. Qəbul etməsəniz belə sadəcə çoxdankı fikirimdir deyə irəli sürmək qərarına gəldim. Məndə ingilis dilini 0-dan öyrədən videolar, MP3 formatında və yazılı dərsliklər çoxdur. Şəxsən öz fənnimi tədris etməkdən zövq alıram, düzdür saytın dil ilə heç bir əlaqəsi olmasa da sadəcə bu dərslikləri öyrətmək və bölüşmək istərdim. Qəbul olunmasa belə oxuduğunuz üçün təşəkkürlər! :)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/24/2009 19:34
#201
Fidan, bu təklif də maraqlıdır.Mütləq bunu da müzakirə edəcəyik.Təklifin üçün təşəkkür edirəm! :)
Müəllif: Smile. Göndərilmə tarixi 02/24/2009 19:36
#202
Canım mən bilən axı burda elə bir bölmə var..*helpless*
Müəllif: vitamin_c. Göndərilmə tarixi 02/24/2009 19:37
#203
Dəyməz Fərhad!
Doğurdan Smile? *happy* İndi baxaram
Müəllif: Smile. Göndərilmə tarixi 02/24/2009 19:43
Müəllif: vitamin_c. Göndərilmə tarixi 02/24/2009 19:46
#205
Bilirsən necə can, məndə elementary səviyyəsində ingiliscə filmlər var, sırf İngilis dili dərslikləri adı altında bölüşmək istərdim
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 02/24/2009 20:13
#206
Abbas_M " in təklifini bəyənmədim...bizim millət nədənsə daima bir birni tanımağa və ya danışmağa (boş-boş) üstünlük verir...buna heç gərək yoxdu...mnüsahibə və s..bu mənim öz fikrimdi sadəcə...
vitaminin təklifi çooox gözəldi...bu sayədə biz də inglis dilimizi inkişaf etdirərik və ya bilmədiyimiz şeyləri öyrənərik..yəni bir bilən varsa maksumum faydalanmaq lazımdı ondan və elmindən...ki forumun ana məqsədi də öyrənmək və öyrətməkdi...vitaminin təklifini gözəl şəkildə dəyərləndirərsiniz inşallah...
Müəllif: Mylife. Göndərilmə tarixi 02/24/2009 20:15
#207
hm men de Vitamin_C nin teklifini beyendim eladi:)inshAALlah degerlendirersiz
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/24/2009 20:15
#208
Qardaş, sənin fikrinə hörmətlə yanaşıram.Hər kəsənin öz fikri var.Ancaq bir-birimizi tanımağın nəyi pis ola bilər ki?Məni tanıdın peşman oldun?:D
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 02/24/2009 20:21
#209
qardaş mənim dediyim bunun forumda edilməsidir...yəni zatən söhbət bölümü var maşallah 9999 səhifə olub ..istəyən orada söhbət də edir, müsahibə də verir :D...yəni bunlar sadəcə forumu çirkləndirməkdən başqa bir şeyə yaramaz...yəni buradan kimsə faydalı bir şey öyrənməz....onu demək istədim yoxsa görüşlər olur...orada istəyən istədiyindən müsahibə, avtoqraf və s ala bilər :D
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 02/24/2009 20:25
#210
Qardaş, fikirlərin maraqlıdır.Müzakirə edərkən bunları da nəzərə alacağıq.;)
Müəllif: Chiala. Göndərilmə tarixi 02/24/2009 20:25
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 02/24/2009 20:59
#212
Abbas_M və Vitaminin təkliflərini bəyəndim.
Abbas, qorrxumursankı 4tərəfdən fəlsəfi gullələr gələr? :D
Müəllif: HaciliZiya. Göndərilmə tarixi 02/24/2009 22:12
#213
Musa, deyesen sen yaman qorxuya dusmusenaaa:D.
Vitamin_C-nin teklifini beyendim.
Redaktə edən: HaciliZiya. Göndərilmə tarixi 02/24/2009 22:12
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 02/25/2009 11:11
#214
Fidan təklifinə görə təşəkkür edirəm. Əla təklifdi, ingilis dili bilməyib öyrənmək istəyənlər üçün əla fürsətdi, amma gəl ki, saytın adı ilə heç bir əlaqəsi olmayan bir təklifdi:)
Müəllif: Abbas_M. Göndərilmə tarixi 02/25/2009 11:25
#215
Azerbaycan_li tərəfindən yazılıb
Abbas_M " in təklifini bəyənmədim...bizim millət nədənsə daima bir birni tanımağa və ya danışmağa (boş-boş) üstünlük verir...buna heç gərək yoxdu...mnüsahibə və s..bu mənim öz fikrimdi sadəcə...
/quote]
[quote]Azerbaycan_li tərəfindən yazılıb
zatən söhbət bölümü var maşallah 9999 səhifə olub ..istəyən orada söhbət də edir, müsahibə də verir :D...yəni bunlar sadəcə forumu çirkləndirməkdən başqa bir şeyə yaramaz...yəni buradan kimsə faydalı bir şey öyrənməz....onu demək istədim yoxsa görüşlər olur...orada istəyən istədiyindən müsahibə, avtoqraf və s ala bilər :D
Bilirsiz burda heç bir müğənni və ya məşhur adam yoxdur ki onu tanıdıb müsahibəsini açaq.Əgər siz buna boş-boş danışmaq deyirsinizsə,ya da sizin səviyyənizə uyğun deyilsə onda o bölmədə heç kimə sual vermərsiniz.Ümumiyyətlə o bölməyə girmərsiniz(Təbii ki,əgər açılsa)
Fikirlərinizə hörmətlə
Sizin dediyiniz söhbət bölmü oftoplardan başqa bir şey deyil.Ona görə 9999 səhifə olub.Orda ümumi danışıqdısa burda hərənin öz bölməsi olacaq və heç kim müsahibə bölməsində oftop etməyəcək.Sırf istifadəçiyə suallar olacaq.
Təşəkkürlər.
Müəllif: Tural M. Göndərilmə tarixi 02/27/2009 09:18
#216
Bir təklifim var!
Qarşıdan Novruz bayramı gəlir. Bu mövzuda yeni bir yarışma təşkil edilsin. Bu banner və ya afişa yarışı ola bilər.
Müəllif: Smile. Göndərilmə tarixi 02/27/2009 09:54
#217
Mən razı yaxşı fikirdir..:D
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 02/27/2009 11:47
#218
Təklif verən hər bir istifadəçiyə təşəkkürlər.
Abbas,təklifin maraqlıdır. Fərhad tez bir zamanda o mövzunu açacaq ;) Yəqin ki, bu gün.
Vitamin, bir az ətraflı düşünmək lazımdır bu mövzunu. Tez bir zamanda bu təkliflə bağlı fikirlərimizi bildirəcəyik.
Tural Hmm... Haqlısan... Gərək bir şey düşünək bu Novruzla bağlı... Tez bir zamanda cavab gələcək bu mövzuyla əlaqədar :) ;)
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 02/27/2009 11:48
Müəllif: Abbas_M. Göndərilmə tarixi 02/27/2009 17:01
#219
Nəzərə aldığınız üçün təşəkkürlər
Müəllif: HaciliZiya. Göndərilmə tarixi 02/28/2009 15:59
#220
Salam. Bir teklifim var.Mobil Dunya bolmesinde isterdim umumi bir movzu acilsin. Orda olan movzular ancaq oyun, program ve temaya aiddi. Men dediyim movzuda kimin telefonda bir problemi olsa, ya nese basqa bir sey elave etmek istese orda istediyini tapsin. Duzdu bu forum qrafik istiqametlidi, men ise basqa istiqametde bir sey teklif edirem, yene de baxin, meslehet tebii ki sizindir.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 03/02/2009 08:55
#221
HaciliZiya tərəfindən yazılıb
Salam. Bir teklifim var.Mobil Dunya bolmesinde isterdim umumi bir movzu acilsin. Orda olan movzular ancaq oyun, program ve temaya aiddi. Men dediyim movzuda kimin telefonda bir problemi olsa, ya nese basqa bir sey elave etmek istese orda istediyini tapsin. Duzdu bu forum qrafik istiqametlidi, men ise basqa istiqametde bir sey teklif edirem, yene de baxin, meslehet tebii ki sizindir.
Ziya qardaş, təklifin əladı!Mən şəxsən müsbət qarşılayıram. Bir zaman ki, forumda "Mobil Dünya" adlı bir bölmə var, ora mütləq və mütləq "Telefondakı problemlərimiz" bu cür stildə sub-bölmə açılsa lap əla olar;)
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 03/02/2009 14:08
Müəllif: HaciliZiya. Göndərilmə tarixi 03/02/2009 19:26
#223
Axi programlar bolmesine uygun olmayacaq. Menim problemim programdan elave basqa seyde de ola biler. Bir defe sms sesleri yuklemek istedim, mende maraqli sesler var, amma uygun mvzu tapa bilmedim.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 03/03/2009 16:51
#224
Təklif edirəm forumda hava haqqında proqnozlar yer alsın. Əlbətdə əgər bu gündəlik məlumatların daxiledilməsini zəruri etmirsə. Baner şəklində yerləşsə daha gözəl olar. Fotoqraflar adından deyirəm bunu. Gərəkli olacaq.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 03/04/2009 19:53
#225
Habib Muradov tərəfindən yazılıb Təklif edirəm forumda hava haqqında proqnozlar yer alsın. Əlbətdə əgər bu gündəlik məlumatların daxiledilməsini zəruri etmirsə. Baner şəklində yerləşsə daha gözəl olar. Fotoqraflar adından deyirəm bunu. Gərəkli olacaq.
Fotoqraflara aid bölmədə "FotoLent" adlı bölmə açılmasını xahiş edirəm. Burada Klassik, yənni ənənəvi analoq fotoqrafiyadan paylaşmalar olacaq.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 03/04/2009 20:17
#226
Qardaş, indi açıram o bölməni.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 03/04/2009 20:49
#227
Təşəkkürlər Fərhad. Diqqətin üçün ayrıca təşəkkürlər.
Müəllif: FAN. Göndərilmə tarixi 03/05/2009 14:03
#228
Sozun acigi forumda ustunluk teshkil eden bu narinci (qirmiziyada yaxindi) reng gozlerimi yorur. Cox isterdim ki bu reng biraz tund, daha yaxshi oladi goy rengle evez olunsun.
Hemde bezi istifadecilerin adi da qirmizidir. Adeten qirmizi reng administratorlarda olur. Bu menim shexsi fikrim idi :) Teshekkur edirem
Müəllif: Niqulya. Göndərilmə tarixi 03/05/2009 18:07
#229
Bizdə qırmızı rəng "zərif cins"ə aiddi ;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 03/05/2009 18:51
#230
İlk öncə onu qeyd edim ki, narıncı rəng çoxluq təşkil etmir.Çoxluğu ağ rəng təşkil edir.İkincisi də digərlərindən fərqlənmək (yaxşı mənada) hər zaman yaxşıdır.;)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/05/2009 20:06
#231
FAN, dəyərli fikirlərivi paylaşdığın üçün təşəkkürlər.
Qırmızı rəngdə olan istifadəçilər forumun zərif cinsinin nümayəndələridir. :) Qırmızı rəng məncə onlara daha çox yaraşır. Həm də bu forumda idarəçilərin adi istifadəçilərdən fərqi yoxdur və ümumiyyətlə nəzərə çarpdırılmır. İdarəçilər istifadəçilər üçün maksimum komfortlu ortam yaratmaqda və bu komfortu davamlı olaraq saxlamaq üçün çalışırlar.
Müəllif: mandarin. Göndərilmə tarixi 03/05/2009 21:02
#232
:)salamlar dostlar nece vaxdi yox idim..saytin gorunusu cox gozel olub..deyisiklik xosuma geldi..menim teklifim ise avatr.la baglidir..istediyim avatri istifade etmek olmur.biraz boyuk olculu oldumu yuklenmir sekil..;)
Redaktə edən: mandarin. Göndərilmə tarixi 03/05/2009 21:03
Müəllif: Smile. Göndərilmə tarixi 03/05/2009 21:03
#233
Xos geldin mandarin.
Bunu Photoshopun köməyi ilə düzəldə bilərsən.. :)
Müəllif: Smile. Göndərilmə tarixi 03/05/2009 21:05
Müəllif: Smile. Göndərilmə tarixi 03/05/2009 21:18
#237
Yəqinki avatarda problem var. biz yükləyə bilirik. Şəklin dəqiq 140x140 olmasına diqqət edin.
Müəllif: Smile. Göndərilmə tarixi 03/05/2009 21:20
#238
Birde avatarin adina baxin. Orda da bezen problem olur.
Müəllif: flee. Göndərilmə tarixi 03/05/2009 21:22
#239
Smile 140x140 ölçüsündə olduğunu bilmirdim..indi başa düşdüm təşəkkürlər...
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/05/2009 21:23
#240
Hmm... Tamam həll edəcəm bu məsələni.
Müəllif: FAN. Göndərilmə tarixi 03/06/2009 06:59
#241
WolfmaN_AZE tərəfindən yazılıb İlk öncə onu qeyd edim ki, narıncı rəng çoxluq təşkil etmir.Çoxluğu ağ rəng təşkil edir.İkincisi də digərlərindən fərqlənmək (yaxşı mənada) hər zaman yaxşıdır.;)
Men fonu nezerde tutmurdum :)
Her bir halda teshekkur.
Müəllif: Tural M. Göndərilmə tarixi 03/07/2009 09:18
#242
Bu dəfə ağır görsənə biləcək bir təklif irəli sürmək istəyirəm, amma bu mənim istəyimdir.
Mən istərdim ki, forumdakı ləqəblərimiz Azərbaycan, ümumiyyətlə türk mənşəli sözlərdən seçilsin. Bu fikir ilk baxışdan birmənalı qarşılanmaya bilər amma bir fikirləşin, gözəl olmazdı? Bir də ki, axı bizim forum onsuz da çox məsələlərdə seçilir başqalarından.
Redaktə edən: Tural M. Göndərilmə tarixi 03/07/2009 09:19
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/07/2009 09:26
#243
Mən bəyənirəm təklifi. Amma əfsuslar olsun ki, bu istifadəçilər tərəfindən birmənalı qarşılanmayacaq söylədiyin kimi. Biz sadəcə təklif edə bilərik ki, öz dilimizdə seçilsin... Amma inanmıram ki, əksəriyyət razılaşsın...
Müəllif: Smile. Göndərilmə tarixi 03/07/2009 19:44
#244
Tuatlım ki, razılaşdılar. Bəs qeydiyyatdan keçən yeni istifadəçilərə neynəmək fikrindəsiniz?
Müəllif: Tural M. Göndərilmə tarixi 03/09/2009 13:46
#245
Gülüş xanım. Buna artıq bir sistem fikirləşmək olar məncə. Təki razılığa gələk.
Müəllif: Fedai. Göndərilmə tarixi 03/09/2009 15:25
#246
Fikir məncə yaxşıdı,amma bunun bir əmması var(copyright by mənnən əvvəl yazanlar)
Mən əvvəllər maraqlanmışam Türk mənşəli sözlərlə,əvvəla onu deyim ki forumun aktiv üzvləri arasında demək olar ki, yoxdu Türk mənşəli söz.Məsələn lap elə mənim ləqəbim Fedai--ərəb mənşəli söz.KoLGe --o da ərəb mənşəli söz dü deyəsən.Hələ mən fars mənşəli ləqəblərdən danışmıram.Hansılar ki, bugünki leksikonumuzda aktiv sözlərdəndir.Ona görə məqsədəuyğun deyil məncə.Həm də Smile dediyi kimi yeni istifadəçilərlə neyləyəcəksiz?
Müəllif: Tural M. Göndərilmə tarixi 03/09/2009 15:48
#247
Fedai, məncə ümumişlək sözlərdə mənşə axtarmaq yersizdi bu məsələdə.
Müəllif: Fedai. Göndərilmə tarixi 03/09/2009 15:57
#248
Bilirsən necədi sözlər nə qədər deformasiyaya uğrasa da yenə də mənşəyi ilə əlaqəli qalır.Sadəcə sözdən-sözə fərq var.Fədai sözünü u dəq Gilanda de hamı səni başa düşəcək.Amma Kölgə sözünü desən səni başa düşməyəcəklər baxmayaraq ki, mənşə eynidi.Hər şey deformasiya formasına görədi.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 03/09/2009 16:59
#249
Maraqlı təklifdir.Ancaq mən öz adıma deyim ki, mən istifadəçi ləqəbimi dəyişmərəm.Bu istifadəçi adı mənə çox əzizdir.Hardasa 8 ildir ki, bu istifadəçi ləqəbini istifadə edirəm. :)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/10/2009 08:50
#250
İdeyanı çox bəyəndim şəxsən. Yuxarıda deyilənlərlə razıyam. Elə bir vəziyyətdir ki, heç kəsi buna məcbur etmək olmaz.
Ondansa təklif edərdim ki, Ad və Soyad istifadə olunsun. Amma məncə buna da az adam razılaşar.
Hər şeydən əvvəl gərək saytın qeydiyyat sistemi bizim hərfləri dəstəkləsin. Amma əfsuslar olsun ki, sayt bizim hərfləri ləqəblərdə dəstəkləmir. Əgər hamılıqla istənilsə bunu da həll etmək olar.
Müəllif: FAN. Göndərilmə tarixi 03/10/2009 09:27
#251
WolfmaN_AZE tərəfindən yazılıb Maraqlı təklifdir.Ancaq mən öz adıma deyim ki, mən istifadəçi ləqəbimi dəyişmərəm.Bu istifadəçi adı mənə çox əzizdir.Hardasa 8 ildir ki, bu istifadəçi ləqəbini istifadə edirəm. :)
Men senin terefindeyem *clap*
BU ideyani beyenmedim. Bes hani demokratiya? :)
Müəllif: Azerbaycan_li. Göndərilmə tarixi 03/10/2009 09:54
#252
KoLGe tərəfindən yazılıb
Ondansa təklif edərdim ki, Ad və Soyad istifadə olunsun. Amma məncə buna da az adam razılaşar.
bu maraqlıdı...amma bizdə elədir ki, ingliscə adları dəuyişərik amma adımızı yazdırmarıq..:)
bunu bir türk qrafika forumunda gördüm...ad və soyadla girməyənlər sərh yaza bilmirlər. yazmaq üçün cavaba tıkladığınızda xəbərdarlıq edilir ki, ad və soyadla girməyiniz gərəklidir..bunun üçün mail adresi veriblər ad və soyadını ora gpndərdikdən az bir müddət sonra forumda istədiyin kimi paylaşımlar edirsən....amma heç kim razı olmaz buna...*hmm*
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 03/10/2009 12:50
#253
Salam hörmətli forum istifadəçiləri. Mən təklif edirəm ki, forumda yer alan "Proqram Yüklə (Softvvare)" adlı alt başlığı silinsin və həmin alt başlıqda olan bütün mövzulardakı proqramlar hamınıza məlum olan vvvvvv.proqram.info saytında yerləşdirilsin;)
Əvvəlcədən təşəkkür.
Müəllif: Tural M. Göndərilmə tarixi 03/10/2009 13:20
#254
FAN, mənim təklifimdə antidemokratik nə var ki?
Müəllif: FAN. Göndərilmə tarixi 03/12/2009 07:00
#255
Tural M men onu zarafatyan dedim:)
Teklif edirem ki forumda HIDE funksiyasi yaradilsin. Forumda qeydiyyatdan kecmeyen istifadeciler forumdan hecne goture bilmesin. Onda istifadeci syi da coxalcaq.
P.S bir dene de xahishim var. Adminlerden artiq derecede xahish edirem menim azeri qrafikasi ile yaza bilmemeyimi nezere alsinlar. Bezi forumlardan bu sebebden qacmisham, amma bura cox xoshuma gelir. Bashqa forumlara mirt vurmaga giriremse bura nece deyerler elm oyrenmeye gelirem. Amma azerice yaza bilmeyecem. Cox calishmisham amma alinmir. Meni bu qayda pozduguma gore gelecekde BAN gozleyirse xeberdar edin men agzima su alim oturum burda :) Umid ediremki hershey yaxshi olcaq *yes*
Redaktə edən: FAN. Göndərilmə tarixi 03/12/2009 07:01
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 03/12/2009 07:48
#256
Azərbaycan Əlifbasının bəzi həriflərinin(ə,ş,i,ç,ö və s) digər hərf birləşmələri ilə əvəz edilməsini Ana Dilinə hörmətsizlik kimi qarşılana bilər. Bu dəyəri qorumağa çağırıram Sizləri. Belə ki adı çəkilən problemlə daim rastlaşırıq. Hər dəfə xəbərdarlıq və ismarıçı redktə vaxt aparır. Bu vaxtı isə daha faydalı işlərə sərf etmək olar. Bu ismarıcların xəbərdarlıqsız silinməsini icazə verən qayda əlavə edilməsini təklif edirəm.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/12/2009 07:49
#257
FAN, diqqətinə görə təşəkkürlər.
HİDE funksiyası əvvəl bu saytda var idi. Amma bu kustar üsul istifadəçi bazasını şişirtməkdən başqa bir şeyə yaramadığından tərəfimdən ləğv edilmişdir. Bizə aktiv üzv lazımdır... Yəni burdan götürsün, burda paylaşsın... Marağı ancaq fayllar olanlar zatən üzv olub götürüb aradan çıxırlar... Necə deyərlər kəmiyyət yox keyfiyyətə üstünlük veririrk. İstifadəçi az olsun, saz olsun... :)
Qaldı ki, Azərbaycan əlifba məsələsinə, nə deyim? :)
Hələ ki, bu mövzuda dəqiq qərar çıxarda bilməmişik. Qərar çıxanda bütün istifadəçilərə şamil olunacaq və hər kəsə bildiriləcək.
İnanıram ki, bir müddətdən sonra sən də bizim əlifba ilə yazacaqsan :)
Bir də ki, problem nədən qaynaqlanır? səbrin çatmır yazmağa? Yoxsa texniki problemdir?
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/12/2009 07:52
#258
Həbiblə razıyam. Həbib məncə bu məsələni kökdən həll etməyin vaxtıdır :)
Ağlıma br fikir gəlib. :) Görək bir şey çıxarda bilirəmmi ortaya :)
Müəllif: FAN. Göndərilmə tarixi 03/12/2009 10:43
#259
Kolge aydindir. Meslehet sizindir. Mueyyen menada raziyam, amma bezende men deyen kimi de olur ;) Etrafli izaha ehtiyac olsa yaza bilerem.
Oki qaldi mene, mende hem sebr cehetden problem var hemde texniki cehetden. Nece deyerler bashdan ayaga problem icindeyem :D
Oki qaldi Hebibin dediyi kimi hormetsizlik kimi qarshilanir, qoy bele olsun. Men daha hecne yazmaram burada. Meni duz basha dushmeyenler bilsinki men cox vetenperverem, vetenime ve onunla bagli herbir sheye cox boyuk hormetle yanashiram, o cumledende dilimize. Istemezdim az qrafikasi ile yaza bilmemeyim hormetsizlik qebul edilsin. Vetenimi cox sevmeyimi ise en azindan avatarimdan da gore bilersiniz. Ne ise. Bash agritdigimcun uzurlu hesab edin. Qayda pozduguma gore de bagishlayin.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 03/12/2009 11:44
#260
Görürəm mənim təklifimə heç baxıb fikir bildirən tapılmadı, nəysə özvüz bilərsiz..
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 03/12/2009 16:26
#261
FAN, ətraflı mənə ŞƏXSİ ismarıc olaraq göndər. Əgər lazım olsa, tətbiq edərik.
Bizim əlifba məsələsini həll etmək üzərəyəm. Artıq hamı yaza biləcək bizim əlifba ilə... Az qalıb ;)
Agent, təklifin gözümdən qaçdığı üçün cavablamamışam. "özüvüz bilərsiz" kimi ifadə işlətdiyindənanladığım qədəri ilə incimisən. Qeyd etdiyim kimi ismarıcı indi gördüm.
Proqramlar bölməsindəki proqramları ora köçürmək lazımdır. Sadəcə vaxt azlığındna mən bunu edə bilmirəm. Amma bölmənin silinməsi düzgün olmaz. Çünki Google-de indexlənib o səhifələr.
Vaxt ayırıb, fikirlərinizi bizimlə paylaşdığınız üçün hər birinizə təşəkkür edirəm ;)
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 03/13/2009 09:51
#262
Xeyr Kolge, incimədim. Sadəcə düşündüm ki, maraqlı təklif deyil deyə heç müzakirəyə qoymadızda..Nəysə, boş şeydi;)Mənim vaxtım n qədərdi, yavaş-yavaş proqram.az`a özüm yerləşdirəcəm;)Sadəcə bir dənə də təklif etmək istəyirəm ki, forumda biizmlə nə kimi yeni proqramlar paylaşanda vvvvvv.proqraf.info`da da paylaşmağı unutmasınlar;)Belənçinə burdan ora köçürtmək də asand olar;)
Redaktə edən: Hesen_aga. Göndərilmə tarixi 03/13/2009 09:52
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 03/13/2009 09:58
#263
"Amma bölmənin silinməsi düzgün olmaz. Çünki Google-de indexlənib o səhifələr" - Əgər belədirsə, onda qalsın, sadəcə olaraq proqram paylaşanda orada paylaşsalar daha xeyirlisi olar;)
Müəllif: Fedai. Göndərilmə tarixi 03/14/2009 18:58
#264
Düzdü əvvəlki mövzuya qayıtmaq kimi çıxacaq,amma dedim bu məlumatı paylaşım.Türk mənşəli adlar.boxcada upload etdim buyurun: http://www.boxca....i.rar.html
Müəllif: Smile. Göndərilmə tarixi 03/14/2009 19:00
Müəllif: Fedai. Göndərilmə tarixi 03/14/2009 19:08
#266
Səhv eləmirəmsə ləqəb və istifadəşi adları üçün.Sonra belə qərara gəldik ki, dəyişməyək.Amma hər halda dedim bir paylaşım))
Müəllif: Smile. Göndərilmə tarixi 03/14/2009 19:09
#267
Paylaşım üçün çox sağol... :)
Müəllif: Tural M. Göndərilmə tarixi 03/16/2009 07:11
#268
Fedai çox sağ ol, əziyyət çəkmisən. İnşAllah istəyim bir gün reallaşar.
Niyəsə yükləyə bilmədim
Redaktə edən: Tural M. Göndərilmə tarixi 03/16/2009 07:12
Müəllif: eldunya. Göndərilmə tarixi 04/05/2009 09:42
#269
mənim təklifin budurki, forumda fotoqrafiya aid bölüm var, facebookda necəki foto klub var, belə bir şeyi burda düzəltmək olar?*hmm*
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 04/05/2009 17:52
#270
Eldunya, daha ətraflı və anlaşıqlı yazsan? :)
Nəyi nəzərdə tutduğunu anlamadım.
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/06/2009 01:32
#271
Araz,Forumda Cavab Yazdığımız Mövzulara Bizdən Sonra Cavab Gələndə Mail Adresimizə Bildiriş Gəlsə Əla Olar.
Necə Ki Şəxsi İsmarıc Gələndə Mail Adresimizə Bildiriş Gəlir Ki Sizə Şəxsi İsmarıc Gəlib Eynilə Cavab Yazdığımız Mövzulara Bizdən Sonra Cavab Yazılanda Da Xəbər Verilsin.
Bir Də Aşağıdakı Şəkilə Bax Bu BaRəDə MəNə CaVaB YaZ.
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/09/2009 00:47
#272
Araz,
Fərhad,
Forumda Fireworks Dərslikləri Bölməsi Açılsa Və O Bölmədə Fireworks Dərsliklərinə Yer Verilsə Əla Olar.
Şəxsən Mən Özüm Də Fireworks Dərslikləri Paylaşacam.
Məqsədim Fireworks Haqqında Həm Özüm Həm Də Başqaları Məlumat Sahibi Olsun.
Hər Kəs Öz Saytımnı Yarada Bilsin. Fireworks`dan Azdan Çoxdan Başım Çıxır.
Bu Bildiklərimi Forumda Paylaşmaq İstəyirəm Və Fireworks Haqqında Hər Kəsin Dərsliklər Paylaşmasını İstəyirəm.
Təklifimi Dəyərləndirib Belə Bir Bölmə Açsanız Sevinərəm.
Əvvəlcədən Təşəkkürlər... ;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 04/09/2009 04:49
#273
Qardaş, əgər dərsliklər yerləşdirəcəksənsə və verilən suallara cavab verə biləcəksənsə,o zaman açaq bölməni.
Diqqətinə görə təşəkkür edirəm!
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 04/09/2009 04:51
#274
Vasif, o işarələdiyin yer ilə sən foruma flash yerləşdirə bilərsən.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 04/09/2009 07:50
#275
VasiF QuliyeV tərəfindən yazılıb Araz,Forumda Cavab Yazdığımız Mövzulara Bizdən Sonra Cavab Gələndə Mail Adresimizə Bildiriş Gəlsə Əla Olar.
Necə Ki Şəxsi İsmarıc Gələndə Mail Adresimizə Bildiriş Gəlir Ki Sizə Şəxsi İsmarıc Gəlib Eynilə Cavab Yazdığımız Mövzulara Bizdən Sonra Cavab Yazılanda Da Xəbər Verilsin.
Bir Də Aşağıdakı Şəkilə Bax Bu BaRəDə MəNə CaVaB YaZ.
Forumda yazdığın ismarıcla bağlı xüsusiyyət mövcuddur zatən. Ama mail göndərilməsi filan hələ ki, lazım deyil. Texniki səbəblərdən.
Firevvorks məsələsi haqqında Fərhad haqlıdır. Gərək o proqram haqqında dərsliklər yerləşdirəcək və sualara cavab verəcək adam olsun burda. Firevorks təkcə sayt dizaynı üçün deyil eləcə də Photoshop-un bütün xüsusiyyətlərini özündə birləşdirir.
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 04/09/2009 07:55
Müəllif: eldunya. Göndərilmə tarixi 04/09/2009 15:14
#276
KoLGe tərəfindən yazılıb Eldunya, daha ətraflı və anlaşıqlı yazsan? :)
Nəyi nəzərdə tutduğunu anlamadım.
ancaq foto yerləşdirmək üçün bölmə :)
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/09/2009 19:40
#277
Fərhad,
Dərsliklər Paylaşacam Suallara Cavab Verə Biləcəksən? deyərkən Tam Olaraq Nəyi Nəzərdə Tutursan? Yani Paylaşdığm Dərsliklədə İstifadəçilər Nəyisə Bacara Bilməsələr Məndən Soruşacaq O Suallara Cava Vermək Barədə Deyirsən? Əgər Onu Deyirsənsə Bəli Cavab Verə Biləcəm. ;)
O İşarələdiyin Yerə Flashları Qoya Bilərsən Deyirsən Ha?
Flash Şəkilləri İmagesHack.Us`a Upload Eliyib Linkini Ora Yapışdırsam Flash Şəkillər Görünəcək Elə?
Sən Onu Tam Olaraq Nə Cür Edəcəyimizi Şəkillərlə İzahını Yazsan Əla Olar.
Çünkü Mən Swf Formatlı Flash Şəkili Upload Eliyib Linki Həmən O İşşarələdiyim Yerə Yapışdırdım Ama Şəkil Forumda Görünmədi. Hətta Aşağıda Da Belə Bir Örnək Qoymuşam. Bax Gör Düz Eləmişəm?
Araz,
Fireworks Programımnda Photoshop-un Bütün Xüsusiyyətlərinin Yerləşdiyini Bilirəm Və Hətta Mən O Programla Bəazi Şəkilləri Də Səhmana Salmışam. ;)
Redaktə edən: VasiF QuliyeV. Göndərilmə tarixi 04/09/2009 22:02
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/09/2009 22:54
#278
Fərhad Mən Bir Flash Şəkil Upload Eliyib Linki Foruma Yapışdırdım Və İşarələdiyimin İçinə Qoydum Linki Ama Şəkil AŞağıdakı Kimi Çox Kiçik Göründü. Halbuki Bu Şəkil 400x4020 Ölçüdədir. Flsh Şəkillər Niyə Belə Balaca Görünür Hə?
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 04/10/2009 13:39
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 04/10/2009 13:41
#279
Vasif hansı ölçüdə qoymusansa, o ölçüdə də çıxıb.
Mən ölçünü 400-ün 400-ə elədim. Bu flash yerləşdirməkdə çox tələsməyin. Ola bilsin bu funksiyanı ləğv etdim.
[flash width=400 height=400
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/10/2009 14:11
#280
Həəə Qardaş Çox Sağ Ol Düzəltdiyinə Görə.
Sən Düzəldəndən Sonra Baxdım Mənim Nəyi Düz Eləmədiyimi Gördüm. Yox Araz Bu Funksiyanı Ləğv Eləmə Super Bir Funksiyadır. Mən İndiyə Kimi Heç Bir Forum Və Saytda Bu Cür Funksiya Görməmişdim. Bu Da Bizim Forumumuzun Fərqi Olsun. ;)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 04/12/2009 06:30
#281
Vasif, suallara cavab vermək dedikdə bunu nəzərdə tutmuşdum:Ola bilsin ki, hər hansı bir nəfərin bu proqramla bir problemi oldu, onu yazacaq həmin yerdə.Sən həmin problemi həll edə biləcəksən?Verdiyi sualları cavablandıra biləcəksən?
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/12/2009 18:59
#282
Bəli Əlbətdə Qardaş.
Əlimdən Gələni Edəcəm.
Ama Yenə Də Siz Bilərsiniz.
Açmayaq Desəz Anlayaram Sizi.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 04/12/2009 19:38
#283
Fikirləşib, nəticəni bildirərik, İnşallah! :)
Diqqətinə və təklifinə görə təşəkkürlər!
Müəllif: VasiF QuliyeV. Göndərilmə tarixi 04/12/2009 20:27
#284
Birşey DeyilFərhadBuyur Qardaş.
Məqsədim Forumun İmkanlarının Daha Da Genişlənməsi, Forum Üzvlərinin Daha Çox Məlumat sahibi Olmasıdır.
Qərarınız Nə Cür Olursa Olsun Buna Hörmətlə Yanaşıram.
Nəticədə Siz İdarə Heyətisiniz Və Nəyin Doğru Nəyin yalnış Olduğunu Siz aha Yaxşı Bilərsiniz. ;)
Müəllif: Fedai. Göndərilmə tarixi 04/13/2009 18:48
#285
NicaT nikli istifadəçinin banlanmasını təklif edirəm.Son ismarıcı "Qızların ilk görüşü" bölməsində və o cümlədən əvvəlki dəfələrlə olan qayda pozuntularını nəzərə alaraq bu təklifi irəli sürdüm.
Müəllif: Smile. Göndərilmə tarixi 04/13/2009 18:54
#286
Mən də o istifadəçini qovulmağını təklif edərdim. Artıq ikinci dəfədir burdakı istifadəçilərə hörmətsiz yanaşdığının şahidi olmuşam. Axırıncı elədiyi hərəkət isə ona heç cürə haqq qazandıra bilməz..
Redaktə edən: Smile. Göndərilmə tarixi 04/13/2009 18:57
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 04/13/2009 19:00
#287
Xəbərdar etdiyinzi üçün təşəkkürlər. Nicat adlı istifadəçi forumdan birdəfəlik uzaqlaşdırılmışdır.
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 04/14/2009 10:52
#288
Mən də Fedai və Smile`a qatılıram...Onun bu forumdakı istifadəçilərə qarşı hörmətsizliyinə görə burda ona yer yoxdu!KoLGe təklifi nəzərə aldığına görə təşəkkür!
Müəllif: Smile. Göndərilmə tarixi 04/15/2009 15:29
#289
Qrafika.az üçün dəstəyə mən hazır....
Smile
Müəllif: HaciliZiya. Göndərilmə tarixi 04/17/2009 15:18
#290
Yeni bir təklifim var, elə indicə ağlıma gəlib:). Bəlkə yeni bir bölmə açılsın, orada hər həftə bir movzu qoyulsun və həmin movzuya aid PS işləri hazırlansın üzvlər tərəfindən, ən yaxşı işləyənə bir nəsə verilsin, ya həftənin ən yaxşı Photoshop-çusu adı verilərək saytın ana səhifəsinə yerləşdirilsin. Bu istiqamətli bir şey. Fikrin yaxşı olmayan tərəflərini kimin ağlına gəlirsə desin və o cür olsun. :)
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 04/18/2009 09:46
#291
Ziya, buna dair forumda Yarışlar bölməsi artıq var..:)
Redaktə edən: Hesen_aga. Göndərilmə tarixi 04/18/2009 09:47
Müəllif: HaciliZiya. Göndərilmə tarixi 04/18/2009 13:20
#292
Mən deyirdim yəni hər həftə keçirilsin, üzvlərə daha da maraqlı olsun forum, həm də photoshop üzərində çalışmalar daha çoxalsın...
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 04/18/2009 13:38
#293
HacılıZiya, təşəkkürlər.
Server məsələsini həll edim, tezliklə bu təklif haqqında konkret fikrimizi bildirəcəyik. Yaxşı ideyadır. Amma bir az ətraflı düşünmək lazımdır.
Diqqətinə görə təşəkkürlər.
Müəllif: HaciliZiya. Göndərilmə tarixi 04/18/2009 13:39
Müəllif: Snow_Queen. Göndərilmə tarixi 05/31/2009 19:19
#295
Hörmətli idarə heyət!
İlk öncə əməyinizə sağlıq, əziyyətinizə sağlıq.. Heç zaman yorulmayasınız.. İlk Azərbaycan saytıdır ki, burada özümü rahat hiss etdim.. Həmişə əcnəbi saytlarında fəaliyyət göstərirdim.. Və fikirləşirdim ki, onsuzda bizimkilər heç nə etmək istəmirlər.. Siz məni, həqiqətə, yanıltdınız.. Bunun üçün sizi təbrik etməliyəm, elə deyilmi? :)
İndi isə təklifimi demək istərdim. Məncə forumun dizaynı və ümumiyyətlə rəng çalarlarında dəyişiklik etsəniz əla olardı.. Ağ rəng həmişə məni yorub, ancaq bunu sırf özüm üçün istəmirəm.. Düşünürəm ki, digər userlər də mənimlə razılaşarlar.. Hərəmiz bir işi edib, forumu analoqu olmayan forum halına gətirə bilərik.. Görün nə qədər istedadlı dizaynerlərimiz var.. Lütfən, fikrimin üzərində bir az düşünün...
Hörmətlə...
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/01/2009 04:51
#296
Xoş sözlərinə və təklifinə görə təşəkkür edirəm! :)
Ağ rəngə özümüz üstünlük vermişik ki, oxumaq insanı yormasın.Əks təqdirdə mənim kimi insan ağ etməzdi.:)Qara daha yaxşıdır.;)O ki, qaldı forumun dizaynının dəyişməsinə,güman edirəm ki, əsgərliyə getdiyimə görə yaxın 1 ildə heç bir dəyişiklik olmayacaq.Ancaq dəyərli sayt dizaynı təklifi olsa əminəm ki, Araz bunu dəyərləndirər.Mən öz razılığımı indidən bildirirəm.Ancaq sayt dizyan etdikdə sayt gözəl görünməklə yanaşı,maksimum dərəcədə yüngül olmalıdır.Yəni tez açılmalıdır və çoxlu rənglərdən ibarət olub, insanların gözlərini və beynini yormamalıdır.Bütün bunlar nəzərə alınaraq sayt dizaynları göndərə bilərsiniz.:)
Ümidvaram ki, izah edə bildim.
Hörmətlə,
Müəllif: Snow_Queen. Göndərilmə tarixi 06/01/2009 09:42
#297
WolfmaN_AZE tərəfindən yazılıb Xoş sözlərinə və təklifinə görə təşəkkür edirəm! :)
Ağ rəngə özümüz üstünlük vermişik ki, oxumaq insanı yormasın.Əks təqdirdə mənim kimi insan ağ etməzdi.:)Qara daha yaxşıdır.;)O ki, qaldı forumun dizaynının dəyişməsinə,güman edirəm ki, əsgərliyə getdiyimə görə yaxın 1 ildə heç bir dəyişiklik olmayacaq.Ancaq dəyərli sayt dizaynı təklifi olsa əminəm ki, Araz bunu dəyərləndirər.Mən öz razılığımı indidən bildirirəm.Ancaq sayt dizyan etdikdə sayt gözəl görünməklə yanaşı,maksimum dərəcədə yüngül olmalıdır.Yəni tez açılmalıdır və çoxlu rənglərdən ibarət olub, insanların gözlərini və beynini yormamalıdır.Bütün bunlar nəzərə alınaraq sayt dizaynları göndərə bilərsiniz.:)
Ümidvaram ki, izah edə bildim.
Hörmətlə,
Əvvəlcə, əsgərliyə gedirsinizsə, sağ -salamat dönəsiniz..
Sonda isə, ağ fonu fayl ölçüsü sıxılmış arxa fonu üçün nəsə edə bilərəm.. Çalışaram əsəbləri sakitləşdirən tekstura düzəldəm... Saytınızın adına uyğun Loqo da düzəltməyə çalışacağam.. Ancaq Photosho-az, yoxsa Qrafika.az olsun bilmirəm?
Ancaq , lütfən belə fonda qalmasın.. Bir az eqoistlik kimi çıxmasın, amma mənim gözlərim ağ fona baxanda çox ağrıyır və tez yorulur.. *realsad*
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 06/01/2009 10:56
#298
Qrafika.az -la bağlı loqo olsa daha gözəl olar;)
Müəllif: Lemuria. Göndərilmə tarixi 06/04/2009 11:43
#299
Balaca bir təklifim var,deməli,bir mövzunu açdıqda 1-ci səhifə açılır,gərək bir də sonuncu səhifəyə gedəsən,elə edə bilərik mi ki,mövzuya basanda elə sonuncu səhifə açılsın?)
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 06/04/2009 12:11
#300
Aşağıdakı kimi edin.
Müəllif: Lemuria. Göndərilmə tarixi 06/04/2009 12:51
#301
Aydındır,təşəkkür edirəm=)
Müəllif: flee. Göndərilmə tarixi 06/04/2009 21:17
#302
Ziya nın təklifi mənimdə xoşuma gəldi..bu fikri məndə dəstəkləyirəm..
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/05/2009 12:21
#303
Loqo düzəltməyə ehtiyac yoxdu.Çünki artıq loqomuz var.Həm bunun üzərində yetərincə əziyyət də çəkmişəm.Əgər, interface hazırlamaq istəyirsinizsə, nəzərinizdə tutduğunuz interface`i hazırlayıb mənim mail ünvanıma yollayın.Baxıb fikirlərimi mütləq bildirirəm.:)
Hörmətlə,
Müəllif: Snow_Queen. Göndərilmə tarixi 06/06/2009 13:02
#304
OK! Ehtiyac yoxdursa, etmərik.
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/08/2009 05:49
#305
Burda inciməli bir şey yoxdur!Siz gərək məni anlayışla qarşılayasınız.Mən sizin əl işlərinizdə indiyə qədər nə loqo nə də sayt dizaynı görməmişəm(bəlkə də var, nəzərimdən qaçıb ).Bunlar çox asan görünsə belə, əslində o qədərdə asan iş deyil.Bu dizaynda ayrı bir istiqamətdir, gərək hər zaman araşdırma edilib, öyrənilsin.Mən sizə aid heç bir loqo görməyə-görməyə necə sizə etibar edə bilərəm ki, loqo düzəldin? Sözün düzü heç sayt dizaynıda görməmişəm, amma buna baxmayaraq sizdən sayt dizaynı işləyib e-mail ünvanıma göndərməyinizi istədim.Əgər, bir əvvəlki ismarıcda qeyd etdiyim keyfiyyətlər olsaydı sevə-sevə bunu qəbul edərdik.Ümidvaram ki, fikrimi izah edə bildim.
Hörmətlə,
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 06/08/2009 11:49
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 06/08/2009 11:54
#306
Loqo eyni qalmaq şərti ilə başqa interfeyslər hazırlamaq mümkün deyil ki, məgər?
Snow_Queen inciməyib ay Fərhad ;) İnciməli nə var ki? :)
İnterfeys hazırlayıb göndərin əgər kriteriyalara uyarsa, o interfeysdən bir şeylər hazırlayaram :)
P.S. Dİzaynerlərin hərəsi bir rəng çaları və bir dəsti xəttin "xəstəsi" olur :) Ona qalsa, hər dizayner üçün ayrı interfeys lazımdır :D Məsələn, FƏrhada qalsa idi indi qap-qara bir saytda idik :)
Sayt görünüşü necə olmalıdır?
1. Parlaq olmayan, oxumağı çətinləşdirməyən rənglər...
Ağ rəng dünyada ən çox istifadə olunan rəngdir... Ağ üzərində qara insanı yormur... Qara üstündə ağ isə gözlərə təcavüzdür...
2. Maksimal dərəcədə yüngül olmalıdır...
Müəllif: Snow_Queen. Göndərilmə tarixi 06/08/2009 13:35
#307
WolfmaN_AZE, əgər mənə istinad edib yazmısınızsa, mən inciməmişəm :) Qətiyyən. Dizaynerin heç inciməyə də vaxtı olmur.. Belə izah edim, yanlış anlaşılmasın, sadəcə, "bacarığı göstərmək istəyi" həvəsi idi.. Düşünrəm ki. bu hamıda var :) Xüsusən də, dizaynerlərdə bu daha ehtiraslı olur.. Əlbəttə, özümə dizayner yox, "dizayner" deməliyəm, çünki hər gün başa düşürəm ki, mənimm bilmədiyim nə qədər şey var...
Sadəcə, istəmişdim, bir şans verilsin, nəsə öz ideyamı işə salıb nəsə bəyəndirə biləm :) O da qaldı..
Ağ rəng sayt üçün ideal rəngdir, ancaq mən eqoistlik edib, demişdim ki, gözlərimi yoran rəngdir.. Sadəcə, saytdan rəngə görə yorulub qaçmaq istəmirəm.. Ən azı sizi dəstəkləyənlərdən biriyəm.. :)
Mən hazırlamışdım arxa fon üçün tekstura kimi yaşıl rəngin tünd çalarından və bir balaca sadə effektlər.. Ancaq , sizin şərhinizdən sonra qərarımı dəyişdim, daha yerləşdirmək istəmədim..
Hörmətlə..
Müəllif: Snow_Queen. Göndərilmə tarixi 06/08/2009 13:39
#308
Bu arada, Loqotip üçün dediklərinizi indi oxudum.. Mənim işlərim arasında loqotiplər var.. Buyurub, baxa bilərsiniz.. Loqotip hazırlamaq haqqında isə texniki və qayda-qanunlarını bilirəm.. Yəni dərsini almışam onun.. Bəzi saytların və jurnalların da Loqotiplərini hazırlamışam.. Öyünmək kimi çıxmasın, elə də pis alınmayıb.. :)
Müəllif: WolfmaN_AZE. Göndərilmə tarixi 06/08/2009 14:01
#309
Yuxarıda da qeyd etmişəm, interface işləyib göstərdiyim e-mail ünvanına göndərə bilərsiniz.Əl işləriniz bölməsinə baxdım amma bəhs etdiyiniz loqoları görə bilmədim.Mümkünsə mənə link verərdiniz və hansı saytlara, jurnallara loqo düzəltmisiniz adlarını da qeyd etsəniz, çox gözəl olar.Xüsusilə, bir şey maraqlı gəldi, loqo dərslərini kimdən almısınız?
Müəllif: Snow_Queen. Göndərilmə tarixi 06/08/2009 17:03
#310
WolfmaN_AZE tərəfindən yazılıb Yuxarıda da qeyd etmişəm, interface işləyib göstərdiyim e-mail ünvanına göndərə bilərsiniz.Əl işləriniz bölməsinə baxdım amma bəhs etdiyiniz loqoları görə bilmədim.Mümkünsə mənə link verərdiniz və hansı saytlara, jurnallara loqo düzəltmisiniz adlarını da qeyd etsəniz, çox gözəl olar.Xüsusilə, bir şey maraqlı gəldi, loqo dərslərini kimdən almısınız?
Mən heç kəsin e-mailini işimi göndərmirəm! Lazım gəlsə, burada yerləşdirərdim. Bir ətək şərh yazmışdım yuxarıda.
Bir dəki mən nə üçün sübut etməliyəm ki, nəyisə etmişəm?! Hər halda kimisnə əmri ilə hərəkət etmirəm.
Loqo dərsini isə Zaur Babayevdən və müxtəlif dərsliklərdən öyrənmişəm!
Ümid edirəm, hər şey aydın oldu!
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 06/08/2009 18:31
#311
Hörmətli Snow_Queen və Fərhad bəy məsələyə konstruktiv tərəfdən yaxınlaşmanızı rica edirəm.
Burada əslində problemli bir şey yoxdur.
Snow_Queen, bir müddət öncə qrafika üçün loqolar hazırlandı və o loqolar içindən bu loqo-u seçdik.
Zənnimcə loqo uğurludur, insanların yaddaşında qalması lazımdır buna görə də loqo dəyişmək kimi bir ehtiyac yoxdur.
İstənilən halda hər zaman istifadəçilərin fikirlərini və düşüncələrini nəzərə alırıq ən azından buna imkanımız daxilində çalışırıq. Sizin timsalınızda bir istifadəçinin layihə ilə maraqlanması, yüksək qiymətləndirməsi və yardım etmək istəməsi çox gözəl haldır.
Burada problem Fərhad bəylə sizin aranızda yaşanan fikir anlaşılmamazlığıdır. Heç kəs siizn əl işinizin pis olduğuna və ya pis olacağına ümumiyyətlə əl işiniz barədə bir söz demir. Siz hazırlayın əgər yuxarıda yazdığımız kriteriyalara uyğun olsa, inan və əmin olun ki, o interfeysə keçəcəyik.
Yenə də deyirəm ki, söhbət burda məhz loqonun dəyişilməməsindən qaynaqlandı. Bunu sadəcə anlaşılmazlıq kimi qiymətləndirirəm. :)
Bu forumu digərilərindən fərqləndirən bir neçə xüsusiyyət varsa, onun biri və bəlkə də birincisi bu forumdakı abu havadır. Bu cür yanlış anlaşılmaların ara sıra olması normaldır :)
Sonuncu ismarıcınızda incik düşdüyünüzü duydum. İnciməmənizi rica edirəm. ;)
Hörmətlə.
Müəllif: Snow_Queen. Göndərilmə tarixi 06/08/2009 20:09
#312
KoLGe, axı mən loqo deyil fon üçün təklif etmişdim...
İncimirəm heç nədən, sadəcə, sözüm anlaşılmayanda özümü katastrofda hiss edirəm və əsəblərim tarım kimi gərilir..
Məni başa düşdüyünüz üçün təşəkkür edirəm sizə.. Digər idarəçi ilə də konfilikt deyil, fikir məxrəcinə gəlməyə çalışırdım..
Dediyiniz kimi, interfeys üçün hazırladığım fonu yerləşdirəcəyəm, lazım gələrsə PSD göndərəcəyəm, özünüz layiq gördüyünüz dəyişikliyi edin, və təbii ki, bəyəndiyiniz halda istədiyiniz yerdə istifadə edin..
Mən təkcə bu fikri ifadə etmişdim ki, ağ rəng gözlərimi dəhşət dərəcədə yorur. Bu qədər!
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 06/08/2009 20:23
#313
Bax görürsüz deyirdim axl ki, burda ancaq və ancaq yanlış anlaşılma var :)
Hazırladığınız qrafiki və fikirlərinizi yazıb forumda əl işini zbölməsinədə yerləşdirin. Mütləq dəyərləndirəcəyik. Müəyyən bir qrup insna var ki, onlar ağ rəngi bəyənmir ya da sevmir :)
Əgər hazırladığınız dizayn ağ rəngi sevməyənlərin hamısının xoşuna gəlsə ikinci interfeysi işə salarıq kim hansını istəsə onu istifadə edər :)
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 06/09/2009 15:09
#314
Snow_Queen nin təklifi maraqlıdır.:)
Səbrsizliklə gözləyəcəm.
Müəllif: Smile. Göndərilmə tarixi 07/03/2009 14:09
#315
Dostlar bu saytda artıq bir ildən çoxdur ki, fəaliyyət göstərirəm. İnşAllah bu təklifimi nəzərə alarsınız. Avatarların altında yazılan "Usta Photoshopçu" sözünü götürərdiniz. Çünki bu söz yazılan ismarıclara görədir. Mən də ki maşallah hər mövzuya şərh yazıram:D İsmarıcı çox olanlardan biri mənəm amma Photoshopdan elə də dərin biliyə, usta olacaq qədər dərin biliyə malik deyiləm. Bu sözün əsl usta Photoshopçuların avatarının aşağısında yazılması daha doğru olardı.
Diqqətinizə görə təşəkkür:)
Müəllif: Smile. Göndərilmə tarixi 07/04/2009 19:41
Müəllif: Zeyneb. Göndərilmə tarixi 07/04/2009 19:42
#317
yalan demə...o gün sənin yanında baxmadım??:D
Müəllif: Smile. Göndərilmə tarixi 07/04/2009 19:45
#318
Mən məsul şəxsləri nəzərdə tuturdum:D
Müəllif: Zeyneb. Göndərilmə tarixi 07/04/2009 20:04
#319
onda elə yazardın...sifət.....
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 07/04/2009 20:34
#320
Smile, təşəkkürlər.
Nəzərə almağa çalışacam. Amma bu yaxın ərəfədə söz vermirəm.
Baş qarışıq olduğu üçün mövzuları mütəmadi izləyə bilmirəm. Üzrlü hesab edin. Bu cür mövzu olanda bir başa Pm-lə xəbər də edə bilərsiniz ki, filan mövzuda təklif vermişəm deyə ;)
Müəllif: Visualshok. Göndərilmə tarixi 07/07/2009 11:23
#321
Mənim Təklifim Belədir! Burda Bir Layihə Açın! Səs Vermə Layihəsi! Hamı Bacardığını Düzəldir! Və İstifadəçilər Səs Verir! Birinci, İkinci və Üçüncü Yerə Çıxan İstifadəçilərə Nəsə Hədiyyə Edin! Yaxşı Fikirdi?
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 07/07/2009 11:31
#322
Visualshok tərəfindən yazılıb Mənim Təklifim Belədir! Burda Bir Layihə Açın! Səs Vermə Layihəsi! Hamı Bacardığını Düzəldir! Və İstifadəçilər Səs Verir! Birinci, İkinci və Üçüncü Yerə Çıxan İstifadəçilərə Nəsə Hədiyyə Edin! Yaxşı Fikirdi?
Belə bir layihə artıq var, Yarışlar bölməsində:)
Müəllif: Visualshok. Göndərilmə tarixi 07/07/2009 11:52
#323
to Hesen_Aga
Orda Səs Vermək Olur?
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 07/07/2009 12:22
#324
Əlbəttə olur!Yarış elan ediləndə səs vermə baş verir;)
Müəllif: Visualshok. Göndərilmə tarixi 07/07/2009 13:51
#325
Ok!
Müəllif: FAN. Göndərilmə tarixi 07/20/2009 07:31
#326
Forumun yeni rəng seçimi çox əladır :) Xoşum gəldi, uğurlu olsun!
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 07/23/2009 12:26
#327
FAN, bəyənməyiniz bizi sevindirir.
MusaEfendi tərəfindən yazılıb
İDARƏÇİLƏRİN NƏZƏRİNƏ!
"Photoshopda kömək" bölməsinə də əl gəzdirmək lazımdır. FAQ kimi edək məsələn, ən çox verilən suallar kimi hər sualı dərslik kimi yazaq.Ancaq texniki problemlər üçün bir dərslik bazası... Gələn baxar dərslik, sonra da FAQ bölməsinə. Növbəti suallara da cəmi bir "Kömək" topici yetər. Və həllini də FAQa yerləşdirək dərslik kimi.
Dəyərləndirərlər yəqin idarə heyəti.
Redaktə edən: Araz Eyyubov. Göndərilmə tarixi 07/23/2009 16:04
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 07/23/2009 16:07
#328
Ümumiyyətlə forumda çox yerdə təmizlik işləri görülməli ümumiyyətlə forum səliqə-səhmana salınmalıdır.
Həftə sonu görüşümüzün gündəliyində bu mövzu da öz yerini almışdır...
Müəllif: Smile. Göndərilmə tarixi 07/27/2009 18:55
#329
Bir xahişim olacaq. Əvvəllər mövzuların qarşısında mouseun oxunu tutub saxlayanda axırıncı isamrıcı göstərirdi. Sonsuz dərəcədə xahiş edirik yenidən bərpa olunsun. Axı hamı ADSL deyil .. Dial up olan var.:| O səhifə yüklənib açılıncaaa ömürdən ömür gedir.:o
Redaktə edən: Smile. Göndərilmə tarixi 07/27/2009 18:55
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 07/27/2009 19:01
#330
Smile, iş orasındadır ki, o funksiaynın özü çox ağır idi və səhifəni ağırlaşdırıdı...
Bir müddət səbr edin. Nəzərə alacam mütləq.
Müəllif: Abbas_M. Göndərilmə tarixi 07/30/2009 11:09
#331
KoLGe tərəfindən yazılıb
Ümumiyyətlə forumda çox yerdə təmizlik işləri görülməli ümumiyyətlə forum səliqə-səhmana salınmalıdır.
Salamlar.Bir halda ki,forumda səliqə-səhman yaraqdırsınız Araz xahişim və təklifim budur ki,mənə aid olan iki mövzunuda ya silin,ya da arxivə atın.
Söhbət mənim çəkdiyimi şəkillər olan mövzu,və birdə photoshopda hazırladığım əl işlərim mövzusundan gedir.Onsuzda aktiv mövzular deyil,və məndə çoxdandı ora heç bir çəkdiyim şəkilləri və əl işlərimi yerləşdirmirəm.
Öncədən təşəkkürlər
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 08/02/2009 19:02
#332
Abbas, mən cavablandırım.
Biz "alaqları" - sırf! əyləncə xarakterli oyunları, boş, faydasız yazıları, ismarıcları, mövzuları silməyi düşünürük.
Əl işlərini niyə silək ki?
Hələ çəkdiyin şəkillər. İnan sənin çəkdiyin şəkillər çox xoşuma gəlib. Onu silmək və ya arxivə atmaq ən azı insafsızlıqdır əsərlərinə qarşı.
Bəlkə həvəsə gəldin yenə yerləşdirdin...
Nəisə, ümidvaram ki pis başa düşmədin.
Hörmətlə.
Müəllif: MusaEfendi. Göndərilmə tarixi 08/21/2009 06:39
#333
Salam aleykum.
Təklifim ondan ibarətdir ki, "Bizim yazdığımız hekayələr" bölməsinin adı dəyişilsin. "Forumçuların yaradıcılığı(nəsr)" olsun...
Səbəb odur ki, biz təkcə hekayə yazmırıq... Yəni esse, oçerk, hekayə, novella və s kimi şeylər yazırıq. Nəsr deməklə mövzunun adına, bunları ümumiləşdiririk.
Aleykum salam.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 08/21/2009 09:51
#334
Abbas, Musa mənim yazacaqlarımı yazıb :)
Musa, təklifin dəyərləndirildi...
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 08/23/2009 22:51
#335
Təklif edirəm ki, "PS-Öyrənək-Nəzarət" qrupuna Mylife`ı da əlavə edək:)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 08/24/2009 08:37
#336
Həsən, əgər ki, Mylife razıdırsa, o zaman çox böyük məmnuniyyətlə əlavə edərəm :)
Müəllif: Niqulya. Göndərilmə tarixi 08/24/2009 14:09
#337
bizim forumda photoshopu öyrənməkçün kifayət qədər dərsli və fayl var..ama corelçün yox dərəcəsindədir...təklifim budur ki, ya corelçün də ayrıca böyük bir bölmə açılsın, ya da ən azınnan corel draw bölməsində "corelə daxildir" adlı yarım bölmə açılsın ki corelə aid faylları orda paylaşa bilək :)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 08/24/2009 17:30
#338
Niqulya, təşəkkürlər!
Bu günə qədər o bölmələrin olmamasının əsas səbəbi o bölmələri dolduracaq adamın olmaması idi :)
İndi o bölmələrin açılmasının vaxtı çatıb ;)
Müəllif: Abbas_M. Göndərilmə tarixi 08/30/2009 16:09
#339
Bilmədim hara yazım bu yazımı.Sonda bura yazıram.Bir sualım olacaq.
Bilmirəm neçə qrup var.Amma bilirəmki,qruplar var.Bilmək istəyərdim ki,yaradılmış qruplar nə işə yarayır?.Bu qrupların işi nədən ibarətdir?
Bir halda ki,təkliflər mövzusuna yazdım mövzudan yayınmamaq üçün bir təklif edim.Təklif edirəm ki,"Forumcuların sualları"adlı mövzu açılsın ki,kiminsə forumla bağlı sualı olanda mənim kimi çaşıb qalmasın ki,sualı hansı mövzuya yazım.
Təşəkkürlər
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 08/30/2009 16:32
#340
Abbas, forumun hər hansı bir bölməsinə nəzarət etmək üçün gərək həmin bölmə üçün qrup yaradılsın və ancaq bu qrupa əlavə olunan istifadəçilər o bölməni idarə edə, dəyişə, silə və ya sadəcə oxuya bilər.
Qrupların əksəriyyəti ixtisara düşəcək belə ki, çoxdular və çox olmasının bir xeyri yoxdu :) Qısa zamanda həll edəcəyəm bu məsələni.
Sual bölməsini açacam indi.
Təşəkkür Abbas.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 08/31/2009 22:31
#341
Təklif edirəm "Fotolent" bölməsi "Qaranlıq Otaq" adına dəyişilsin. Başlıq isə "Klassik və Alternativ fotoqrafiya" olsun. Təşəkkür edirəm.
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 09/01/2009 04:50
#342
Həbib, hazırdır ;)
Müəllif: AKO. Göndərilmə tarixi 09/01/2009 11:13
#343
Bəlkə vvap.qrafika.az açaq?
Photoshop əllərinizdə ))
Telefon üçün Photoshopda var )) Sonra proqramlar qoyarıq lazımdı və dərsliklər balaca formada
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 09/01/2009 13:06
#344
Hmm... Bu barədə fikirləşmək olar təbii ki :)
TƏklifini daha ətraflı müzakirə edək AKO. MSN... ;)
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 09/01/2009 20:53
#345
Axır vaxtlar forumda müşahidə eləmişəm ki, çoxları ismarıc yazanda qırmızı rəngə üstünlük verirlər. Belə bir təklif irəli sürürəm ki, qırmızı rəngdə yalnız İdarə Heyəti yazsın:)Qırmızı rəng tez gözə çarpır deyə yalnız İdarə Heyıətinin etdiyi xəbərdarlıqlar, düzəlişlər edəndə istifadə etsinlər. Ümumiyyyətlə inetner məkanında olduğum bütün forumlarda da bunu müşahidə eləmişəm (Qırmızı rəngdə yalnız İdarə Heyətin etdikləri qeydləri zamanı istifadəsi).
Müəllif: secreklam. Göndərilmə tarixi 09/03/2009 13:18
#346
Ramazan Bayramı yaklaşıyor.
Bayram için herkes birer kutlama kartı hazırlasa diyorum.
Bir köşe açılsa ve bu köşese yayınlansa..
Hem birbirimizin bayramını kutlamış oluruz, hem de arkadaşların grafik çalışmalarına vesile olur...
Müəllif: omurtay. Göndərilmə tarixi 09/03/2009 13:50
#347
Mən istəyirəm ki 3 ds max a aid sual cavab bölməsi açılsın suallarımı verə bilmirəm. basqa bülməyə yazanda da deyirlər ki bu bolmede yeri yoxdu*zipit*
Müəllif: Hesen_aga. Göndərilmə tarixi 09/03/2009 17:19
#348
omurtay tərəfindən yazılıb
Mən istəyirəm ki 3 ds max a aid sual cavab bölməsi açılsın suallarımı verə bilmirəm. basqa bülməyə yazanda da deyirlər ki bu bolmede yeri yoxdu*zipit*
Hörmətli omurtay, forumda 3D MAX`la bağlı sual cavab mövzusu movcuddu!Fikir verməmisənki????
Müəllif: Smile. Göndərilmə tarixi 09/03/2009 17:46
#349
secreklam tərəfindən yazılıb
Ramazan Bayramı yaklaşıyor.
Bayram için herkes birer kutlama kartı hazırlasa diyorum.
Bir köşe açılsa ve bu köşese yayınlansa..
Hem birbirimizin bayramını kutlamış oluruz, hem de arkadaşların grafik çalışmalarına vesile olur...
Mən bəyəndim. Əla fkirdir...:)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 09/03/2009 19:13
#350
Həsən, qaydalarda zatən qeyd olunub ki, BBCODE-lardan ifrat dərəcədə istifadə etmək olmaz. Bura rəng də daxildir. Bir də qanuna əlavə etmək artıqdır məncə. Əgərə ifrata varıb yersiz istifadə edirsə, EDİT edin ismarıcı rəngsizlədirin. Bu qədər. :)
Seçreklam, təşəkkürlər :) Əla təklifdir. Mütləq dəyərləndirəcəyik.
Müəllif: Mylife. Göndərilmə tarixi 09/12/2009 22:51
#351
Əvvəla Salam foruma baxırdım bilmirdim bu sualı harda verim ona görə burda ünvanlamaq istədim Saytımızda Fotoşop üçün istifadəçilərimizin fikir alış verışı edə biləcək təcrübə qazanacaq yarışlar keçirilir Fotoqrafiya sahəsində niyə keçırılməsin və yaxud niyə keçirilmir :)
Habib Muradov və Amitaf adlı istifadəçilərimizin bu barədə fikirlərini bilmək istərdim Bir var bu sahadə az bilən adam belə yarış keçirsib bir də var sizin kimi fotoqrafiya sahəsində Sözünü demiş insanlar ;)
Müəllif: amitaf. Göndərilmə tarixi 09/13/2009 11:10
#352
Mylife,çoxx sağ ol gözəl fikirdir..
sadəcə üzərində işləmək lazımdı..alınsa gözəl olacaq;)
düşünmək lazım..
təklifin üçün çox təşəkkürlərrr*flower*
P.S.gözəl sözlərin üçün çox sağ ol,ancaq yenə də fotoqrafiya sahəsində o dərəcədə deyiləm.
Müəllif: Habib Muradov. Göndərilmə tarixi 09/13/2009 12:29
#353
Əlslində bu tip yarışlar olurdu bir zaman. Yadınızdadırsa Ev tapşırıqları olurdu. Son tapşırıqlarda hədiyyə də nəzərdə tuturdum. Amma qatılan az olurdu deyənə effetsiz göründü. Gələcəkdə bu tip yarış müsabiqə olacaq. Bizə dəstək olan tapılsa daha tez-tez ola bilər. Amma bir neçə gün əvvəl Fotoqrafiyada kömək bölməsində kiçik bir yarış var. Ən yaxşı pinhol kamera düzəldənə Fotokağız və kimyavı məhlullar hədiyyə ediləcək. İstəyən iştirak edə bilər.
Araz bölməyə görə təşəkkür edirəm.
Redaktə edən: Habib Muradov. Göndərilmə tarixi 09/13/2009 12:31
Müəllif: Smile. Göndərilmə tarixi 09/16/2009 19:28
#354
Əla fikirdir. hə əvvəl var idi ev tapşırığı. Məncə davam eləməyə dəyər. Mən düzü Photoshop yarışı bölməsində tək qalmışam. Özünüzdə bilirsiniz ki dərin biliyə malik deyiləm bu sahədə ona görə hər dəfə qalib təyin edəndə çox çətinlik çəkirəm və öz fikrlərimlə yanaşı başqalarının da fikrini öyrənirəm. *realsad*
Foto bölməsində olan yarış yenidən aktiv edilsə əla olar. *ok*
Müəllif: urfa_n. Göndərilmə tarixi 11/12/2009 19:30
#355
Ola bilsin Arazın nəzərinnən qaçıb.Mənim də birdən gözümə dəydi forumda "Öyrədən Photoshopçu" əvəzinə "Öyrədən Photoshoçu" yazılıb.Belə böyük şey deyil ama yenə də..:)
Müəllif: Araz Eyyubov. Göndərilmə tarixi 11/12/2009 20:23
#356
Ürfan diqqətinə görə təşəkkürlər.
Müəllif: urfa_n. Göndərilmə tarixi 11/13/2009 08:59
#357
Dəyməz.Buyur:)
Müəllif: Pervin_94. Göndərilmə tarixi 12/05/2009 08:45
#358
Salam mən burada təzəyəm. sizdə təsadüfən AZE-GER lüğəti olmaz*blushing*